“Fəttah” hipersəs raketinin nümayişi dünya mediasında geniş əksini tapıb
https://parstoday.ir/azeri/news/iran-i366-fəttah_hipersəs_raketinin_nümayişi_dünya_mediasında_geniş_əksini_tapıb
İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin “Fəttah” hipersəs raketinin nümayişi region və dünya mediasında geniş əksini tapıb.
(last modified 2026-08-01T08:46:57+00:00 )
İyun 07, 2023 06:44 Asia/Baku
  • “Fəttah” hipersəs raketinin nümayişi dünya mediasında geniş əksini tapıb

İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin “Fəttah” hipersəs raketinin nümayişi region və dünya mediasında geniş əksini tapıb.

Reuters hipersəs raketinin xüsusiyyətlərinə istinad edərək yazıb: “İran yerli istehsal olan ilk qitələrarası ballistik raketi təqdim edib”.

Associated Press yazıb: “Bu raket istənilən regionun raket əleyhinə müdafiə sistemindən yan keçə bilər”.

“Əl-Cəzirə”nin Tehrandakı Qətər müxbiri “Fəttah” hipersəs raketindən danışarkən qeyd edib ki, iranlı mütəxəssislər müdafiə avadanlığının istehsalatda böyük imkanlara malikdirlər.

 Qətər şəbəkəsi əlavə eib: “Tehran bu proqramın sırf müdafiə xarakterli olduğunu vurğulayıb”.

Rusiyanın Sputnik xəbər agentliyi sionistlərin "Fəttah" hipersəs  raketi ilə bağlı narahatlığına işarə edərək yazıb: “Sionist mediası çərşənbə axşamı elan edib ki, İranın yeni hipersəs raketi İsrail rejiminə mesajdır, çünki o, Təl-Əvivin hava hücumundan müdafiə sistemlərindən yan keçə bilir”.

Həmçinin Əl-Ərəbi Şəbəkəsi bildirib ki, Fəttah ən qabaqcıl və inkişaf etmiş müdafiə sistemlərindən keçə bilən hipersəs raketdir və düşmənin ən mühüm müdafiə vasitələrindən olan raketdən müdafiə sistemlərini hədəfə ala bilir.

Misirin “Sədi əl-Bələd” xəbər saytı da yazıb: “İranın bu gün aşkarladığı  hipersəs “Fəttah” raketi İsrail rejiminə mesajdır, çünki o, Təl-Əvivin müdafiə sistemlərindən yan keçə bilir”.

Sionist rejimin “I24” şəbəkəsi bir hesabatda “Fəttah” hipersəs ballistik raketi haqda deyib: İranın “Fəttah” raketi 1400 kilometr mənzilə malikdir və yüksək sürəti, manevr qabiliyyəti və hava hücumundan müdafiəsi qarşısında gizlənməsi onun görkəmli xüsusiyyətlərindəndir.