İRİB rəhbəri: Hazırda Qəzzədə onlarla sənədli film çəkilir
İranın Radio və Televiziya Təşkilatının sədri, Qəzzə xalqının müqavimətini, şücaətini və onlara qarşı edilən zülmü göstərmək üçün hazırda Qəzzə zolağında onlarla sənədli filmlin çəkildiyini açıqlayıb.
"Vəhdət" zalında keçirilən Qəzzəyə həsr olunmuş şeir gecəsində çıxış edən Peyman Cebelli deyib: "Qəzzənin azadlığı uzaqda deyil və tezliklə hər birimiz fələstinlilərin qələbəsini qeyd edəcəyik".
Payman Cəbeli İsrailin məzlum fələstinlilərə və qəzzəlilərə qarşı vəhşiliklərini pisləyərək, kədər və səbrin arxasında Fələstinin qələbəsi və azadlığına ümidin olduğunu vurğulayıb.
İranın Radio və Televiziya Təşkilatının sədri, həmçinin deyib: "Qəzzə xalqının müqavimətini şücaətini və məzlumluğunu təsvir etməkdə milli medianın üzərinə böyük vəzifə düşür".