İran Islam Respublikasının prezidenti Türkiyəyə gedir
https://parstoday.ir/azeri/news/iran-i3784-İran_islam_respublikasının_prezidenti_türkiyəyə_gedir
İran İslam Respublikasının prezidenti Türkiyəli həmkarının dəvəti ilə yüksək rütbəli siyasi və iqtisadi heyətin başçılığı ilə sabah cümə axşamı Ankaraya (Türkiyənin paytaxtı) yola düşəcək.
(last modified 2024-01-04T05:54:24+00:00 )
Yan 03, 2024 09:12 Asia/Baku
  • İran Islam Respublikasının prezidenti Türkiyəyə gedir

İran İslam Respublikasının prezidenti Türkiyəli həmkarının dəvəti ilə yüksək rütbəli siyasi və iqtisadi heyətin başçılığı ilə sabah cümə axşamı Ankaraya (Türkiyənin paytaxtı) yola düşəcək.

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Türkiyəyə səfəri çərçivəsində rəsmi qarşılanma mərasimindən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

İran və Türkiyə  prezidentlərinin sədrliyi ilə iki ölkə arasında Ali Əməkdaşlıq Şurasının 8-ci iclası keçiriləcək.

Yanvarın 4-də İran Prezidenti Seyid İbrahim Rəisinin Türkiyəyə səfəri nəzərdə tutulub.

 

İran və Türkiyə prezidentlərinin danışıqlarında beynəlxalq və Qərbi Asiyada baş verən hadisələr, o cümlədən Qəzza zolağındakı müharibə də araşdırılacaq.

İran və Türkiyə İqtisadi Əməkdaşlıqlar üzrə Ali Şurasının yeddinci iclası 2022-ci il iyulun 19-da Türkiyə Prezidentinin Tehrana rəsmi səfəri çərçivəsində keçirilib. Bu görüşdə iki tərəf iqtisadi, infrastruktur, təhlükəsizlik, siyasi, mədəniyyət və idman sahələrində əlaqələrin inkişafı və əlaqələrin təşviqi barədə razılığa gəldilər.

İran İslam Respublikasının prezidenti Türkiyəyə səfəri zamanı Türkiyədə yaşayan iş adamları və iqtisadi fəallar və bu ölkədə yaşayan iranlılarla da görüşəcək.

Ötən illər ərzində Türkiyə İranın mühüm ticarət tərəfdaşlarından biri hesab edilib, belə ki, İran gömrüklərinin dərc olunmuş statistikasına əsasən, bu ölkə son 10 ildə İranın əsas idxal mənbələrində həmişə ilk 5 ölkə arasında olub.

İran İslam Respublikası və Türkiyə rəsmiləri hər zaman iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsini vurğulamışlar.

Rusiyadan sonra İran Türkiyənin ikinci qaz tədarükçüsüdür.