İran Saleh əl-Arurinin öldürülməsini qətiyyətlə pisləyib
https://parstoday.ir/azeri/news/iran-i3798-İran_saleh_əl_arurinin_öldürülməsini_qətiyyətlə_pisləyib
Kənani: Bu terror aktı sionist rejimlə mübarizədə daha bir qığılcım olacaq
(last modified 2024-01-04T05:27:04+00:00 )
Yan 03, 2024 14:35 Asia/Baku
  • İran Saleh əl-Arurinin öldürülməsini qətiyyətlə pisləyib

Kənani: Bu terror aktı sionist rejimlə mübarizədə daha bir qığılcım olacaq

 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Müqavimət komandirlərindən olan Şeyx Saleh əl-Aruri və daha iki komandirin şəhid edilməsindəki çirkin hərəkətini kəskin şəkildə pisləyib.

Nasir Kənani vurğulayıb ki, cinayətkar rejim belə bir cinayət törətməklə bir daha sübut etdi ki, sionistlərin saxta təməli terror və cinayətə əsaslanır.

O qeyd edib ki, Fələstin xalqı Əl-Əqsa Tufanı əməliyyatından sonra Qəzzədə sionist işğalçı rejimin döyüş maşınına qarşı qəhrəmancasına döyüşür. Və terror rejimi Fələstin müqaviməti və xalqı qarşısında aciz qaldığına görə Saleh əl-Arurinin qətlini gündəmə gətirdi. Lakin şəhidin qanı təkcə Fələstində deyil, həm də regionda və dünyanın bütün azadlıq döyüşçüləri və müqavimətin damarlarında və sionist işğalı ilə mübarizədə daha bir qığılcım yaradacaq.

İranımn xarici siyasət aparatının sözçüsü həmçinin təcavüzkar sionist rejimin Livanın suverenliyi və ərazi bütövlüyünü pozmasını pisləyib və beynəlxalq qurumların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının bu terror aktlarına dərhal və effektiv cavab vermək üçün məsuliyyət daşıdığını vurğulayıb.

Kənani deyib ki, sionist rejimin yeni avantürasının məsuliyyəti birbaşa bu rejimin və onun havadarlarının üzərinə düşür.