İran xalqı terrorun köklərini kəsənədək mübarizə meydanında olacaq
Iran prezidenti bir müraciətdə bu gün baş vermiş terror aktında həmvətənlərdən bir qrupunun şəhid olması münasibətilə başsağlığı verib. O, rəsmi şəxslərə tapşırıbdır ki, zərərçəkənlərin dərdini yüngülləşdirmək, yaralıların müalicəsi və şəhid yetişdirən Kirman şəhərinə asayişin geri dönməsi üçün lazımi və təcili tədbirlər görsünlər.
Cənab Rəisi Kirmanın şəhidlər gülüstanında törədilmiş terror cinayətini kəskin tərzdə pisləyib. O, Sepah-ın Qüds qüvvələrinin ölməz komandanı şəhid general-leytenant Qasım Süleymaninin anım mərasimi ilə bir zamanda törədilən bu hərəkəti qaranlıq və terror ünsürləri və İranın düşmənlərinin cinayəti adlandırıb. O, məsul şəxslərə bu kor-koranə və qorxaqcasına əməlin göstəriş verənləri və icra edənlərinin tez bir zamanda təqib olunub, üzə çıxarılmalarını tapşırıb.