Beynəlxalq Təşkilatlar və dövlətlər İrana başsağlığı veriblər
https://parstoday.ir/azeri/news/iran-i3806-beynəlxalq_təşkilatlar_və_dövlətlər_İrana_başsağlığı_veriblər
Dünən İranın Kerman şəhərinin qəbiristanlığında çoxlu sayda insanın şəhid olması və yaralanması ilə nəticələnən şəhid General Qasim Süleymaninin zəvvarlarının yürüşü istiqamətində törədilən terror partlayışına bir çox ölkələr və beynəlxalq təşkilatlar münasibət bildirərək bu cinayətkar terror aktını qətiyyətlə pisləyiblər.
(last modified 2024-01-07T07:28:52+00:00 )
Yan 04, 2024 09:34 Asia/Baku
  • Beynəlxalq Təşkilatlar və dövlətlər İrana başsağlığı veriblər

Dünən İranın Kerman şəhərinin qəbiristanlığında çoxlu sayda insanın şəhid olması və yaralanması ilə nəticələnən şəhid General Qasim Süleymaninin zəvvarlarının yürüşü istiqamətində törədilən terror partlayışına bir çox ölkələr və beynəlxalq təşkilatlar münasibət bildirərək bu cinayətkar terror aktını qətiyyətlə pisləyiblər.

 

BMT baş katibi Antonio Quterreş bir bəyanat yayaraq Kermanda törədilən terror aktını pisləyib bu hadisəni törədənlərin cavabdeh olduqlarını vurğulayıb, İran dövləti və xalqına eləcə də şəhid ailələrinə dərin hüzünlə başsağlığı verib.

“Avropa Birliyi Kermanda törədilən bomba partlayışını ən kəskin şəkildə pisləyir və İran xalqı ilə həmrəyliyini elan edir. Ürəyimiz qurbanlar və onların ailələri ilədir. Hadisəni törədənlər məsuliyyətə cəlb olunmalıdırlar”,-Avropa Birliyinin Xarici Təşəbbüs Agentliyi öz saytında bildirib.

Avropa Birliyi Xarici Siyasətinin koordinatoru Cozep Borrel isə bu gün səhər çağı İran İslam Respublikası XİN başçısı Hüseyn Əmir Abdullahianla telefon əlaqəsi yaradaraq Kermandakı terror aktını pisləyib İran xalqının kədərini bölüşüb.

Avropa ölkələri də Kermanda törədilən terror aktını pisləyiblər. Almaniya, Fransa, İtaliya, Hollandiiya, İrlandiya və Norveç bu gün səhər ayrı-ayrılıqda bəyanatlar yayaraq İranın Kerman şəhərində baş verən terror partlayışlarını ən kəskin şəkildə pisləyib, İran xalqı və dövlətinə başsağlığı veriblər.  

Latın Amerikadan da Kermanda çoxlu sayda mülkinin şəhid olması və yaralanması ilə nəticələnən terror aktı ilə bağlı İran dövləti və xalqına başsağlığı müraciətləri gəlib. Meksika, Venesuela, Kuba və Nikaraquay bu terror partlayışlarını kəskinliklə pisləyiblər.

Müsəlman öləklərdən də İran xalqı və dövləti ilə həmrəylik müraciətləri olub. İranın qərb qonşuları Türkiyə və İraq, Cənub qonşuları, Səudiyyə Ərəbistanı, Qatar,Bəhreyn və Oman, şərq qonşuları Pakistan və Əfqanıstan Kerman partlayışlarını kəskinliklə pisləyiblər, İran xalqı və dövlətinə və şəhidlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən axşam özünün X hesabında paylaşdığı mesajda belə yazıb: İranın Kerman vilayətində nifrət doğuran terror hücumu barədə dərindən kədərliyik. Dost və qardaş İran xalqına başsağlığı verirəm”.

Pakistanın baş naziri, Xarici İşlər Naziri və Parlament sədri Kermanda terror aktı törədiləndən dərhal sonra ayrı-ayrılıqda müraciətlər edərək bu hadisəni kəskin pisləyiblər və terrorla regional mübarizənin əhəmiyyətini vurğulayıblar.

Livan dövləti də Kermanda törədilən terror aktını kəskin pisləyərək bu hadisənin regional təhlükəsizliyə mümkün mənfi təsirləri barədə xəbərdarlıq edib.

İranın şimal qonşusu Rusiya prezidenti Vladimir Putin dünən axşam İslam İnqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneiyə və İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisiyə müraciətlərində Kermanda baş verən terror aktını, şokverici, avanturist və zalım hərəkət adlandıraraq onu pisləyib.

“Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik və bu bəlaya qarşı barışmaz mübarizəyə sadiq olduğumuzu təsdiqləyirik”, - Rusiya lideri vurğulayıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə özünün X hesabında etdiyi paylaşımında Kermanda törədilən terror aktı ilə bağlı İrana başsağlığı verib.

"İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.

Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir", - Xarici İşlər Nazirliyinin paylaşımında bildirilir.

Müqavimət məhvəri də Kermanda törədilən cinayətkar terror hadisəsini kəskin şəkildə pisləyən bəyanatlar yayıblar.

Yəmən Ənsarullahı, Livan Hizbullahı, Fələstin Mücahidləri Hərəkatı, Fələstin İslami Müqavimət Hərəkatı(HƏMAS) ayrı-ayrılıqda bəyanatlarla bu çirkin cinayəti pisləyiblər.

Livan Hizbullahının baş Katibi Seyid Həsən Nəsrullah şəhid General Qasim Süleymanının şəhadətinin 4-cü ildönümü münasibəti ilə etdiyi çıxışında o müqavimət sərkərdəsinin məzarı yaxınlığında törədilən terror aktı nəticəsində şəhid olanların ailələrinə başsağlığı verib onların da Şəhid Süleymaninin yolunda şəhadət zirvəsinə ucaldıqlarını vurğulayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metiu Miller isə Kemanda törədilən terror aktı ilə bağlı çıxışında sadəcə təmsil etdiyi dövlətin bu terroru törətmədiyinə əminlik yaratmaq istəyib.  O yeni milad ilində ilk mətbuat konfransında deyib: “İranda baş verən partlayışlar barədə deməliyəm ki, biz məlumatları yaxından izləyirik, təqdim etmək üçün heç bir müstəqil məlumata malik deyilik. Biz bu dəhşətli partlayışlarda həyatını itirən insanların ailələrinə başsağlığı veririk. Amerikanın bu partlayışlarda heç bir rolu olmayıb və İsrailin də bu partlayışlarda rolunun olmasına dəlalət edən səbəb görmürük”,-ABŞ Dövlət Departamentinin sözçüsü deyib.

 

Yanvarın 3-cündə yerli vaxtla saat 14:45 dəqiqədə İranın Kerman şəhərinin şəhidlər məzarı kompleksində şəhid General Qasim Süleymaninin zəvvarlarının hərəkəti yolunda törədilən 2 terrorçu partlayış nəticəsində ən son məlumata görə 103 nəfər şəhid olub, 141 nəfər isə yaralanıb.