Rəisi Kirman terror aktının yaralılarına baş çəkib
https://parstoday.ir/azeri/news/iran-i3828-rəisi_kirman_terror_aktının_yaralılarına_baş_çəkib
İran prezidenti “Pəyambəre Əzəm” xəstəxanasında olaraq, Kirmanın şəhidlər gülüstanında törədilmiş terror aktının yaralılarından bir qrupuna baş çəkib.
(last modified 2024-01-07T06:55:34+00:00 )
Yan 05, 2024 16:52 Asia/Baku
  • Rəisi Kirman terror aktının yaralılarına baş çəkib

İran prezidenti “Pəyambəre Əzəm” xəstəxanasında olaraq, Kirmanın şəhidlər gülüstanında törədilmiş terror aktının yaralılarından bir qrupuna baş çəkib.

 

Prezident məhz bu məqsədlə bu gün həmin şəhərə səfər edib.

Rəisi bu səfərdə deyib: Bu cinayətin miqyasının araşdırılması üçün dünən Tehranda ali milli təhlükəsizlik şurasının iclası təşkil olundu və məsul şəxslərin hesabatları dinlənildi. Təhlükəsizlik orqanları da məsələni təqib edirlər.

Ölkə prezidenti söyləyib: Mənim Kirmanda olmaqda məqsədim, möhtərəm şəhidlərin ailələrinə başsağlığı vermək və bu terror cinayətində fədakarlıq göstərənlər və yaralananlara baş çəkmək olubdur. Həmçinin bu cinayət barədə yerindəcə araşdırmanın aparılması, hadisənin miqyasının öyrənilməsi, təhlükəsizlik və nizam-intizam rəsmilərinin sözlərini dinləmək zərurət daşıyırdı. Bu gün səhər Kirmanda bu əzizlərlə iclas keçirdik.

Seyid İbrahim Rəisi bu gün səhər Kirman şəhərinə daxil olan kimi şəhid Süleymaninin məzarını ziyarət etməyə gedib. Sonra sözügedən terror hadisəsi şəhidlərinin cənazələri əhalinin çiyinləri üzərində müşayiət və dəfn olunub.