“İran İslam Respublikasının siyasəti məzlumları müdafiə etməkdir”
https://parstoday.ir/azeri/news/iran-i3838-İran_İslam_respublikasının_siyasəti_məzlumları_müdafiə_etməkdir
Prezident İbrahim Rəisi İran İslam Respublikasının siyasətini məzlumları müdafiə etmək və zalımlar qarışısında dayanmaq olduğunu elan edib.
(last modified 2024-01-09T07:16:43+00:00 )
Yan 06, 2024 15:00 Asia/Baku
  • “İran İslam Respublikasının siyasəti məzlumları müdafiə etməkdir”

Prezident İbrahim Rəisi İran İslam Respublikasının siyasətini məzlumları müdafiə etmək və zalımlar qarışısında dayanmaq olduğunu elan edib.

 

Qeyd edək ki, bu gün (şənbə) Seyid İbrahim Rəisi Zəncan əhalisi qarşısında çıxış edərkən, Kermanın Şəhidlər xiyabanında törədilmiş qanlı terror aktını pisləyərək, İran İslam Respublikasının siyasətinin dünya məzlumlarını müdafiə etmək və hegemon zalımlar qarşısında uca səslə fəryadını yüksəltmək olduğunu bildirərək deyib:

”Düşmənlərin müxtəlif meydanlarda yürütdüyü mənfur hiylələrinə baxmayaraq, İran xalqı ayaqda dayanır və qələbə bu xalqladır”

İran İslam Respublikası prezidenti daha sonra İranın elm və texnologiya sahəsindəki yüksək inkişaf edən tərəqqisinə də işarə edərək deyib:

“ İran xalqı qəddar sanksiyalar və qatı düşmənçiliklərə baxmayaraq böyük irəliləyişlərə imza atıb. Bu xalq bu gün, qlobal aləmdə sübut etdi ki, o, ilahi dəyərlərə sadiq qalaraq daha inkişaf etmiş və texnoloji ölkəyə çevrilə bilər. Bu gün, İran dünyada belə bir ölkədir”

İran İslam Respublikası prezidenti etdiyi çıxışda batilin həmişə məhvə məhkum olduğunu deyərək, məzlum Fələstinin qalıcı və möhkəm olduğunu, qondarma sionist rejimin isə, əbədi olaraq məhvə sürüklənəcəyini vurğulayıb.