Türkmənistanla qaz mübadiləsi tezliklə bərpa olunacaq
https://parstoday.ir/azeri/news/iran-i3878-türkmənistanla_qaz_mübadiləsi_tezliklə_bərpa_olunacaq
İran Milli Qaz Şirkətinin baş direktoru Türkmənistanla qaz mübadiləsinin tezliklə bərpa olunacağını bildirib.
(last modified 2024-01-10T07:12:46+00:00 )
Yan 08, 2024 10:46 Asia/Baku
  • Türkmənistanla qaz mübadiləsi tezliklə bərpa olunacaq

İran Milli Qaz Şirkətinin baş direktoru Türkmənistanla qaz mübadiləsinin tezliklə bərpa olunacağını bildirib.

 

Məcid Çegeni deyib: “Türkmənistanla Azərbaycan arasında əldə olunmuş razılığa görə, qaz svop əməliyyatı müvəqqəti olaraq dayandırılıb və aparılan danışıqlara əsasən, yaxın vaxtlarda bərpası nəzərdə tutulur”.

Onun sözlərinə görə, qaz mübadiləsinin həcmi gündə təxminən 5 milyon kubmetr təşkil edib.

Xatırladaq ki, 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişə əsasən, İran Türkmənistandan tədarük etdiyi təbii qazı Azərbaycana 2022-ci ilin yanvarından nəql etməyə başlayıb. Bu sənədlə Azərbaycana İran vasitəsilə ildə 1,5-2 milyard kubmetrədək Türkmənistan qazının nəqli nəzərdə tutulub.

 

Həmçinin 2022-ci il iyunun əvvəlində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ovci arasında anlaşma memorandumu imzalanıb. Burada Türkmənistandan Azərbaycana İran vasitəsilə təbii qaz nəqlinin iki dəfə artırılması nəzərdə tutulub.