İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri arasında telefon danışığı olub
https://parstoday.ir/azeri/news/iran-i392-İran_və_azərbaycan_respublikasının_xarici_işlər_nazirləri_arasında_telefon_danışığı_olub
İran İslam Respublikası və Azərbaycan Respublikasının xarici işlər nazirləri Hüseyn Əmir-Abdullahiyan və Cehun Bayramov cümə axşamı gecə telefon danışığında ikitərəfli münasibətlərin son vəziyyətini nəzərdən keçiriblər.
(last modified 2023-06-10T07:04:16+00:00 )
İyun 09, 2023 04:49 Asia/Baku
  • İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri arasında telefon danışığı olub

İran İslam Respublikası və Azərbaycan Respublikasının xarici işlər nazirləri Hüseyn Əmir-Abdullahiyan və Cehun Bayramov cümə axşamı gecə telefon danışığında ikitərəfli münasibətlərin son vəziyyətini nəzərdən keçiriblər.

Bu uzun söhbətdə tərəflər nəticə əldə olunana qədər problemlərin həlli üçün müxtəlif sahələrdə məsləhətləşmələrin və texniki və ixtisaslaşmış nümayəndə heyətlərinin mübadiləsinin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Tərəflər media məkanının düzgün idarə olunmasını konstruktiv hesab edərək, son məsələlərə nəzər salarkən anlaşılmazlıqlardan çıxmaq, iki ölkə arasında münasibətlərin təbii məcrada, mehriban qonşuluq və ümumi maraqlara uyğun qurulmasının vacibliyini vurğulayıblar. 

Azərbaycan Respublikası bir müddətdir ki, İran İslam Respublikasına qarşı qeyri-dostluq və gərginlik yaradan yanaşma nümayiş etdirir.

Bu arada İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan azərbaycanlı həmkarı ilə bir neçə raund danışıqlarında sionist rejimin region ölkələrinin birliyi, təhlükəsizliyi və tərəqqisinə qarşı sui-qəsdinə işarə ilə deyib: Region ölkələri arasındakı fikir ayrılıqlarından ancaq düşmənlər faydalanır.