İran ABŞ və İngiltərənin Yəmənə təcavüzünə reaksiya verdi
https://parstoday.ir/azeri/news/iran-i3920-İran_abŞ_və_İngiltərənin_yəmənə_təcavüzünə_reaksiya_verdi
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün (12 yanvar) ABŞ və İngiltərənin Yəmənin bir neçə şəhərinə etdiyi hava hücumlarını kəskin şəkildə pisləyərək deyib: "Bu addımları özbaşınalıq, Yəmənin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması və beynəlxalq qanunların tapdalanmasıdır"
(last modified 2024-01-13T04:58:04+00:00 )
Yan 12, 2024 09:49 Asia/Baku
  •     İran ABŞ və İngiltərənin Yəmənə təcavüzünə reaksiya verdi

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün (12 yanvar) ABŞ və İngiltərənin Yəmənin bir neçə şəhərinə etdiyi hava hücumlarını kəskin şəkildə pisləyərək deyib: "Bu addımları özbaşınalıq, Yəmənin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması və beynəlxalq qanunların tapdalanmasıdır"

 

Kənani daha sonra əlavə edib: "Bu hərbi hücumlar sionist rejiminin Fələstin xalqı və Qəzzənin tam mühasirəsində qaldığı bir vaxtda və eləcə də ABŞ və İngiltərənin bu anklavda məzlum vətəndaşlara qarşı yüz gündən çox hərbi cinayətlərə göstərdiyi himayəsi vaxtına təsadüf edirKənani, bu özbaşına edilmiş hücumların bölgədə etibarsızlıq və qeyri-sabitliyi artırmaqdan başqa bir nəticə verməyəcəyini vurğulayıb.O, sözünə davam edərək bildirib ki, sionist rejim Fələstində Qəzza zolağı və İordan vadisində öz hücumlarını və hərbi cinayətlərini davam etdirir. ABŞ və İngiltərə isə, sionist rejiminə daha geniş himayə göstərərək dünya ictimaiyyətinin diqqətini bu qondarma, cinayətkar və təcavüzkar rejimin törətdiyi soyqırımdan yayındırmağa çalışır. Regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən bu özbaşına hücumların təkrarlandığı surətdə onun ciddi nəticələrə səbəb olacağından narahatlığını ifadə edən Kənani, beynəlxalq ictimaiyyətdən öz öhdəsində dayanan məsuliyyətə əməl edərək bölgədə müharibə, qeyri-sabitlik və əmniyyətsizliyin daha da genişlənməsinin qarşısını almağa çağırış edib.