SEPAH-ın anti-İran casusluq və terror qərargahına raket hücumu
https://parstoday.ir/azeri/news/iran-i3974-sepah_ın_anti_İran_casusluq_və_terror_qərargahına_raket_hücumu
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq bu gecə bölgədə İran əleyhinə casusluq qərargahlarını və terrorçu qrupların toplaşdığı yerləri ballistik raketlərlə məhv etdiyini bildirib.
(last modified 2024-01-17T07:05:00+00:00 )
Yan 16, 2024 07:20 Asia/Baku
  • SEPAH-ın anti-İran casusluq və terror qərargahına raket hücumu

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq bu gecə bölgədə İran əleyhinə casusluq qərargahlarını və terrorçu qrupların toplaşdığı yerləri ballistik raketlərlə məhv etdiyini bildirib.

 

İslam İnqilabı Keşikçiləri Korpusunun 1 nömrəli bəyanatının mətni:

Bismillahir-Rəhmanir-Rəhim

İslami İranın şərəfli və qəhrəman xalqına bildirilir ki, İslami İran düşmənlərinin son terror cinayətlərinə cavab olaraq Uca Allaha təvəkkül etməklə və həzrət Vəliyi-Əsrin (ə) inayəti ilə bölgənin bəzi ərazilərində anti-İran casusluq qərargahlar və terror qruplarının toplandığı yerlər bu gecə, gecə yarısı SEPAH-ın ballistik raketləri ilə hədəfə alınaraq məhv edildi.