İraqın Kürdüstan bölgəsində müxtəlif hədəflər vuruldu - Düşmən ağır xəsarətə məruz qalıb
https://parstoday.ir/azeri/news/iran-i3980-İraqın_kürdüstan_bölgəsində_müxtəlif_hədəflər_vuruldu_düşmən_ağır_xəsarətə_məruz_qalıb
Məlumatlı mənbə İRNA ilə söhbətində: Rask və Kirman terror cinayətləri ilə bağlı əldə edilən əsaslar və ölkənin kəşfiyyat orqanları, xüsusən də SEPAH Qüds Qüvvələrinin əməkdaşlığı ilə Suriyada terror qruplaşmalarının, xüsusilə də İŞİD komandirləri və məsul şəxslərinin bir sıra əsas toplaşma mərkəzləri müəyyən edildi.
(last modified 2024-01-17T07:05:02+00:00 )
Yan 16, 2024 10:24 Asia/Baku
  • İraqın Kürdüstan bölgəsində müxtəlif hədəflər vuruldu - Düşmən ağır xəsarətə məruz qalıb

Məlumatlı mənbə İRNA ilə söhbətində: Rask və Kirman terror cinayətləri ilə bağlı əldə edilən əsaslar və ölkənin kəşfiyyat orqanları, xüsusən də SEPAH Qüds Qüvvələrinin əməkdaşlığı ilə Suriyada terror qruplaşmalarının, xüsusilə də İŞİD komandirləri və məsul şəxslərinin bir sıra əsas toplaşma mərkəzləri müəyyən edildi.

 

Həmçinin İraqın şimal bölgəsindəki İran xalqına qarşı sui-qəsd və təxribatçı hərəkətlərin mərkəzləri sayılan müxtəlif hədəflər də müəyyən edilmişdi və onlardan biri sionist rejimin bu bölgədəki casusluq mərkəzi idi.

SEPAH Aerokosmik Qüvvələri yerli ballistik raketlərdən istifadə etməklə, ölkənin qərb və cənub-qərbindəki bir neçə fərqli nöqtədən bu hədəflərə və fitnə mərkəzlərinə raket zərbələri endirdi. Bu əməliyyatda nəzərdə tutulan məqsədlərə tam nail olundu.

Bu əməliyyatda düşmənə dəyən zərər və itkilərin miqdarı əhəmiyyətli qiymətləndirilir və əlavə qiymətləndirmələr gözlənilir.