İranın üçlü adalar üzərindəki suverenliyinə heç vaxt şübhə edilməməlidir
https://parstoday.ir/azeri/news/iran-i3984-İranın_üçlü_adalar_üzərindəki_suverenliyinə_heç_vaxt_şübhə_edilməməlidir
Rusiya xarici işlər naziri vurğulayıbdır ki, Moskva qeyd-şərtsiz şəkildə üçlü İran adaları daxil olmaqla İranın suverenliyi və ərazi bütövlüyünə sadiqdir.
(last modified 2024-01-16T06:42:03+00:00 )
Yan 16, 2024 10:40 Asia/Baku
  •     İranın üçlü adalar üzərindəki suverenliyinə heç vaxt şübhə edilməməlidir

Rusiya xarici işlər naziri vurğulayıbdır ki, Moskva qeyd-şərtsiz şəkildə üçlü İran adaları daxil olmaqla İranın suverenliyi və ərazi bütövlüyünə sadiqdir.

 

İran və Rusiya xarici işlər nazirləri Hüseyn Əmir-Abdullahiyan və Sergey Lavrov Qırmızı dənizin son durumu da daxil olmaqla regional hadisələr və ikitərəfli əlaqələrin iş gündəmində duran bəzi mövzular ətrafında fikir mübadiləsi aparıblar.

İki ölkə əməkdaşlıqlarının genişləndirilməsi və möhkəmləndirilməsi barədə Tehran və Moskvanın iradə və əzmkarlıqlarına təkid edən İran xarici işlər naziri ümidvarlıq edibdir ki, İranla Rusiya arasındakı yerdə qalan razılaşmaların icrasının təqib edilməsi ciddi şəkildə həyata keçiriləcək.

Əmir-Abdullahiyan regionda baş verən mühüm olaylar, xüsusən Qəzzə zolağındakı müharibə barədə isə belə deyib: Amerikanın Qırmızı dənizdəki müdaxilə mahiyyətli hərəkətləri və sionist rejimin Qəzzə zolağına qarşı hücumlarının davam etməsi, regionda daha çox əmin-amansızlığın yaranmasına səbəb olacaq.

Rusiya xarici işlər naziri də Rusiya və İranın dostcasına və yüksək əlaqələrinə toxunub. Bildiribdir ki: İki ölkə münasibətləri stratejidir və Moskva heç bir qeyd-şərt olmadan/ Fars Körfəzində yerləşən üçlü İran adaları daxil olmaqla İranın suverenliyi və ərazi bütövlüyünə qəti şəkildə sadiqdir; bu məsələ dəyişilməzdir və ona heç vaxt şübhə edilməməlidir.