Terrorçuların qərargahının hədəfə alınması İranın qanuni haqqıdır
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sepah-ın Ərbilə və İdlibə qarşı hücumları ilə bağlı deyibdir ki, atılmış addım, ölkənin təhlükəsizliyi və suverenliyini qüdrətli şəkildə müdafiə istiqamətində olub.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün İran İslam Respublikasının İraqın Kürdüstan iqlimində sionist rejimin casusluq təşkilatı olan MOSSAD-dan asılı olan mərkəzə və Suriyanın İdlib bölgəsində terrorçuların tabeliyində olan qərargaha qarşı hərbi addımları barədə belə deyib: İran İslam Respublikası həmişə region təhlükəsizliyi, sabitliyi və sülhünün himayədarıdır və ölkələrin ərazi bütövlükləri və suverenliklərinə riayətə sadiqdir. Eyni zamanda, öz vətəndaşlarının təhlükəsizliklərini müdafiə, eləcə də milli təhlükəsizliyi hədələyən mənbələrlə çəkindirici rəftar etmək üçün öz qanuni haqqından istifadə və cinayətkarları tənbeh etmək və cəzalandırmaqda əsla tərəddüd etməyəcək.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib: Düşmənin öz yanlış hesablamaları ilə İranın xalqı və dövlətinə qarşı cinayətə əl atdığı bir halda, İran İslam Respublikası öz yüksək kəşfiyyat bacarığı ilə/ dəqiq və məqsədyönlü bir əməliyyatda canilərin qərargahlarını aşkar etdi və son dərəcə dəqiq atəş mənbələrindən istifadə etməklə onları hədəfə aldı. Bu, İran İslam Respublikasının İran vətəndaşlarının təhlükəsizliklərinə və İranın milli təhlükəsizliyinə qarşı addım atanlara olan cavabının bir hissəsi olub.
Kənani həmçinin deyib: Terrorizm/ əhatəli bir beynəlxalq təhdiddir və İran/ regional və beynəlxalq əməkdaşlıqlar çərçivəsində/ terrorizmlə mübarizə sahəsində/ əzmkar və qərarlıdır.