Əmir Abdullahian: Amerika və İsrail regionda əmin-amansızlığın əsas amilidirlər
https://parstoday.ir/azeri/news/iran-i4014-Əmir_abdullahian_amerika_və_İsrail_regionda_əmin_amansızlığın_əsas_amilidirlər
İranın xarici işlər naziri vurğulayıb ki, Amerika və sionist rejim Qərbi Asiyada əmin-amansızlığın əsas amilidirlər.
(last modified 2024-01-20T04:08:00+00:00 )
Yan 17, 2024 15:29 Asia/Baku
  • Əmir Abdullahian: Amerika və İsrail regionda əmin-amansızlığın əsas amilidirlər

İranın xarici işlər naziri vurğulayıb ki, Amerika və sionist rejim Qərbi Asiyada əmin-amansızlığın əsas amilidirlər.

 

Hüseyn Əmir Abdullahian İsveçrədə keçirilən Davos Dünya Sammiti çərçivəsində CNBC televiziya kanalına müsahibəsində Amerikadakı Co Bayden hökumətinə xəbərdarlıq edib ki, ölkəsinin taleyini sionist rejimin baş naziri Benyamin Netanyahunun taleyinə bağlamasın.

O, əlavə edib: "Vaşinqtonun sionist rejimə tam dəstək verməsi Qərbi Asiya regionunda əmin-amansızlığın əsas amilidir. 

ranın xarici işlər naziri Qırmızı dənizin təhlükəsizliyinin İran üçün əhəmiyyətinə işarə edərək, Tehranın Ağ Evi Qəzzədə müharibəni dayandırmağa çağırdığını vurğulayıb.

Əmir Abdullahiyan İranın Yəməndəki Ənsarullah Hərəkatına yardım etdiyinə dair iddiaları rədd edib və deyib: "Yəmən xalqı və Fələstin xalqını müdafiə edən digər region ölkələri öz təcrübə və maraqlarına uyğun hərəkət edir və İrandan əmr almırlar.

O vurğulayıb ki, regionda təhlükəsizliyin pozulmasına yönəlmiş istənilən addımın kökü sionist rejim və onun Qəzzə zolağında törətdiyi soyqırımdır.

Əmir Abdullahian Suriya və İraqda sionist rejimə aid casusluq mərkəzlərinin və İŞİD-ə bağlı terrorçuların hədəf alınması ilə bağlı bildirib ki, bu hərəkət terrorizmlə mübarizə və qanuni özünümüdafiə çərçivəsində baş verib.

İranın xarici işlər naziri "Davos 2024-Dünya İqtisadi Forumu"nun proqramlarında iştirak etmək üçün dünən axşam saatlarında İsveçrəyə səfər edib.

Davos Forumu çərçivəsində Əmir Abdullahian Norveç və Livanın baş nazirləri, Pakistanın müvəqqəti hökumətinin baş naziri və İspaniyanın xarici işlər naziri ilə görüşüb.

Davos Sammiti hər il İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu tərəfindən dünyanın dövlət və özəl sektorunun yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilir