Ayn əl-Əsədə raket hücumu zamanı amerikalı əsgərlər beyin zədəsi alıb
https://parstoday.ir/azeri/news/iran-i4090-ayn_əl_Əsədə_raket_hücumu_zamanı_amerikalı_əsgərlər_beyin_zədəsi_alıb
CENTCOM kimi tanınan ABŞ-ın Qərbi Asiyada Mərkəzi Komandanlığı İran İslam Respublikasına qarşı ittihamlar yağdıraraq bildirib ki, Ayn əl-Əsəd bazasına raket hücumu zamanı bir sıra amerikalı əsgərlər beyin zədəsi alıb, hazırda onlar müayinədən keçir və zədə dərəcəsi qiymətləndirilir.
(last modified 2024-01-23T07:16:03+00:00 )
Yan 21, 2024 10:52 Asia/Baku
  • Ayn əl-Əsədə raket hücumu zamanı amerikalı əsgərlər beyin zədəsi alıb

CENTCOM kimi tanınan ABŞ-ın Qərbi Asiyada Mərkəzi Komandanlığı İran İslam Respublikasına qarşı ittihamlar yağdıraraq bildirib ki, Ayn əl-Əsəd bazasına raket hücumu zamanı bir sıra amerikalı əsgərlər beyin zədəsi alıb, hazırda onlar müayinədən keçir və zədə dərəcəsi qiymətləndirilir.

 

İRNA-nın məlumatına görə, CENTCOM şənbə günü axşam saatlarında Ayn əl-Əsəd bazasına edilən hücumla bağlı bəyanat yayaraq, İran İslam Respublikasına qarşı ittihamları təkrar edərək bildirib: “Yanvarın 20-də Bağdad vaxtı ilə saat 18:30 radələrində İraqın qərbində İranın dəstəklədiyi milislər tərəfindən Ayn əl-Əsəd aviabazasına doğru bir neçə ballistik raket atılıb.”