Əmir-Abdullahiyan BMT TŞ iclasının kənarında görüşlər keçirib
BMT Təhlükəsizlik Şurasının Qərbi Asiyanın durumu barədəki iclasında iştirak məqsədilə Nyu-Yorka səfər edən İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Livan və Rusiyanın xarici işlər nazirləri, həmçinin BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb.
Əmir-Abdullahiyan və Livanın xarici işlər naziri Abdullah Bu-Həbib sözügedən görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə məşvərət ediblər.
İran xarici işlər naziri bazar ertəsi günü axşam da Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb və onunla/ regional, beynəlxalq və ikitərəfli məsələlər barədə danışıb.
Əmir-Abdullahiyan özünün üçüncü görüşündə BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Geyr Pedersenlə görüşüb və onunla Qərbi Asiya bölgəsinin hadisələri barədə söhbət edib.
İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan dünən axşam yüksək səviyyəli nümayəndə heyətilə Nyu-Yorkun Con Kennedi adına hava limanına daxil olub.