İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Moskvadadır
Yan 24, 2024 11:32 Asia/Baku
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Rusiyaya səfəri başlayıb.
Əli Əkbər Əhmədian Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə Moskvaya səfər edir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Moskva səfərində özünün rusiyalı həmkarından əlavə bu ölkənin digər yüksək səviyyəli rəsmiləri ilə görüşlər həyata keçirəcək. Bu görüşlərdə qarşılıqlı əlaqələrin eləcə də beynəlxalq əməkdaşlıqların inkişafı müzakirə ediləcək.
Teqlər