İran və Pakistan səfirləri vəzifələrinə başlayırlar
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Cənubi Asiya üzrə baş direktoru İran və Pakistan səfirlərinin öz missiyalarına qayıtdıqlarını bildirib.
İran və Pakistanın xarici işlər nazirləri arasında əldə olunan razılaşmadan sonra iki ölkənin səfirləri ötən gündən etibarən öz vəzifələrinin icrasına başlayacaqlar.
İranın “Ceyşül-Zülm” terror qruplaşması qərargahına qarşı əməliyyatı və Pakistanın İran sərhədindəki bir nöqtəyə edilən bu hücuma reaksiyasından sonra (Bu ölkə hökumətinin məlumatına görə, pakistanlı terrorçuların iqamətgahı olub) iki ölkə arasında gərginlik yaşanıb.
Bu hadisələrdən sonra Əmir Abdullahian ilə pakistanlı həmkarı Cəlil Abbas Cilani arasında iki telefon danışığı olub.
Məlumat verilib ki, görüş zamanı Cəlil Abbas Cilani və Hüseyn Əmir Abdullahian terrorizmlə mübarizə və digər ümumi iş sahələrində əməkdaşlıq və koordinasiya səviyyəsinin gücləndirilməsini vurğulayıblar.
İran və Pakistan Xarici İşlər nazirlikləri yanvarın 22-də birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, Əmir Abdullahiyan ilə pakistanlı həmkarı arasında telefon danışığından sonra səfirlərin yanvarın 26-dək paytaxtlara qayıtması qərara alınıb.
Bununla bağlı ; İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Cənubi Asiya üzrə baş direktoru Seyid Rəsul Musəvi cümə günü X sosial şəbəkəsindəki şəxsi səhifəsində Pakistanın Tehrandakı səfiri Məhəmməd Mudasir ilə görüşünün fotosunu dərc edərək yazıb: "Hər iki ölkənin xalqı və hakimiyyəti münasibətlərin adi halına qayıtmasına sevinir. İndiki vəziyyətdə dostluq və qardaşlığın möhkəmləndirilməsində hər iki ölkənin kütləvi informasiya vasitələrinin üzərinə düşən məsuliyyət çox ağırdır".
Bundan əlavə, Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilanın dəvəti ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ən geci yanvarın 29-u bazar ertəsi Pakistana səfəri barədə razılığın əldə edildiyi bildirilib.