Sürəyya peykinin uğurla buraxılması Avropa üçlüyünün qəzəbləndirib və qorxudub
https://parstoday.ir/azeri/news/iran-i4170-sürəyya_peykinin_uğurla_buraxılması_avropa_üçlüyünün_qəzəbləndirib_və_qorxudub
 İran Kosmik Təşkilatına məxsus Sürəyya peykinin uğurla orbitə buraxılması İngiltərə, Fransa və Almaniyadan ibarət üç ölkəni əvvəlki kimi qorxudub və qəzəbləndirib. Onlar birgə bəyanat yayaraq, bu mühüm inkişafı "təhlükə" adlandırıblar.
(last modified 2024-01-28T06:58:55+00:00 )
Yan 27, 2024 09:12 Asia/Baku
  • Sürəyya peykinin uğurla buraxılması Avropa üçlüyünün qəzəbləndirib və qorxudub

 İran Kosmik Təşkilatına məxsus Sürəyya peykinin uğurla orbitə buraxılması İngiltərə, Fransa və Almaniyadan ibarət üç ölkəni əvvəlki kimi qorxudub və qəzəbləndirib. Onlar birgə bəyanat yayaraq, bu mühüm inkişafı "təhlükə" adlandırıblar.

 

İRNA-nın cümə gecəsi verdiyi xəbərə görə, surəti İngiltərə Xarici İşlər Nazirliyinin internet saytında dərc edilən bu bəyanatda deyilir: İran yanvarın 20-də Qaim 100 peyki ilə Sürəyya peykini orbitə buraxdığını elan edib.  Biz bu buraxılışı pisləyirik, çünki bu peyk daşıyıcısı uzun mənzilli ballistik raket sisteminin inkişafı üçün vacib texnologiyadan istifadə edir.