İran İslam Respublikasının daxili işlər naziri İran-Azərbaycan sərhədinə səfər edib
https://parstoday.ir/azeri/news/iran-i418-İran_İslam_respublikasının_daxili_işlər_naziri_İran_azərbaycan_sərhədinə_səfər_edib
İran Prezidentinin Şərqi Azərbaycana iki günlük dövlət səfəri çərçivəsində onu müşayiət edən nümayəndə heyətinin üzvlərindən biri olan daxili işlər naziri İran-Azərbaycan sərhədində yerləşən Xudafərin və Qızqalası su bəndlərinə baş çəkib.
(last modified 2023-06-11T03:54:43+00:00 )
İyun 10, 2023 07:38 Asia/Baku
  • İran İslam Respublikasının daxili işlər naziri İran-Azərbaycan sərhədinə səfər edib

İran Prezidentinin Şərqi Azərbaycana iki günlük dövlət səfəri çərçivəsində onu müşayiət edən nümayəndə heyətinin üzvlərindən biri olan daxili işlər naziri İran-Azərbaycan sərhədində yerləşən Xudafərin və Qızqalası su bəndlərinə baş çəkib.

Səfər zamanı Əhməd Vəhidi demişdir: “Azərbaycanın İrandan yaxşı dostu olmayacaq. İslam Respublikası ilə düşmənçilik edən hər kəs uduzmuş olar”.

Son zamanlar İranın qonşuluq siyasətinə və Azərbaycan hakimiyyəti ilə münasibətləri gücləndirmək üçün ciddi iradə göstərməsinə baxmayaraq, Bakılə Tehran arasında münasibətlər Yaxşı getmir. Bu vəziyyət Bakının sionist rejimlə İranın təhlükəsizliyinin qırmızı xəttini keçməsindən asılı olmayaraq inkişaf edən münasibətlərinin nəticəsidir .

Və şübhəsiz ki, bu münasibətlərin məqsədi Bakı ilə İran arasında münasibətlərdə gərginlik yaratmaqdır.

Sionist rejimin bu sui-qəsdi ,rejim başçısının Bakı səfərindən sonra daha aydın şəkildə nümayiş etdirildi. Nümunə olaraq həmin səfərdən sonra Azərbaycan öz vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.

Bu açıqlamaya cavab olaraq İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib. “Azərbaycan xalqı üçün əsl təhlükə sivili İran deyil, İsraildir”.