İran “Troyka”nın reakiyasına cavab verdi
https://parstoday.ir/azeri/news/iran-i4182-İran_troyka_nın_reakiyasına_cavab_verdi
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi “Sürəyya" tədqiqat peykinin orbitə çıxarılması ilə bağlı Avropanın üç ölkəsi, İngiltərə, Fransa və Almaniyanın bəyanatına reaksiya verib.
(last modified 2024-01-28T05:31:23+00:00 )
Yan 27, 2024 16:26 Asia/Baku
  • İran “Troyka”nın reakiyasına cavab verdi

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi “Sürəyya" tədqiqat peykinin orbitə çıxarılması ilə bağlı Avropanın üç ölkəsi, İngiltərə, Fransa və Almaniyanın bəyanatına reaksiya verib.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İngiltərə, Fransa və Almaniyanın İranın yerli tədqiqat peyki " Sürəyya"nın orbitə çıxarılması ilə bağlı verdiyi qərəzli bəyanatını pisləyib.

Nasir Kənani bildirib ki, elmi və tədqiqat işlərində, o cümlədən aerokosmik sahədə irəliləyişə nail olmaq İran İslam Respublikasının tam hüquqlu və qanuni haqqıdır.

Adıçəkilən ölkələrin belə bir müdaxilə xarakterli bəyanatları onalrın İranın daxili işlərinə öz eqoist münasibətlərindən xəbər verir.

Əlbətdə bu, heç də İran xalqının elm və texnologiya sahəsində göstərdiyi əzm və iradəyə xələl yetirə bilməz.

O daha sonra əlavə edib:

“Bəzi tərəflərin riyakarcasına tutduğu mövqelərinə baxmayaraq,

Beynəlxalq hüquq normaları çərçivəsində, İran İslam Respublikasının kosmik tədqiqatlar sahəsində elmi və praktiki fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Elə bu baxımdan yanaşsaq ölkəmiz bu cür absurd yanaşmaları tamailə rədd edir və bunu əsassız bilir.

Kanani açıqlamasının davamında qeyd edib ki, İran İslam Respublikası beynəlxalq qanunlar çərçivəsində öz hüquqlarını, xüsusən də ölkənin sülh çərçivəsində texnoloji inkişaf və tərəqqisi yolunda öz mənafeyini qoruyur və bu istiqamətdə öz birtərəfli qərarlarını digərlərinə yeritməyə çalışanların fikirləri önəmsənilməyəcəkdir.