İran Rusiya ilə çox sayda neft müqaviləsi imzalayacaq
İran milli neft şirkətinin icraçı direktoru deyibdir ki, rus şirkətlərlə Çeşmeye Xoş, Dalperi, Payedare Qərb, Şadeqan, Aban, Payedare Şərq və Kupal yataqlarına şamil olan yeddi neft müqaviləsi imzalanacaq
Möhsün Xocəstə-Mehr bu gün 27-ci İran beynəlxalq neft, qaz, neftayırma və neft-kimya sərgisinin kənarında keçirilən mətbuat konfransında bildiribdir ki, rus şirkətlərin İranın neft yataqlarındakı aktiv müqavilələri dörd milyard dollar təxmin edilir.
Xocəstə-Mehr əlavə edib: İranda investisiyada xarici şirkətlərin iştirakı üçün heç bir məhdudiyyət yoxdur və neft sənayesi layihələri səbətini xas bir ölkəyə aid etmirik.
İran milli neft şirkətinin icraçı direktoru deyib: Bəzi xarici şirkətlər İranın neft sənayesində anlaşmaları genişləndirməyə çalışırlar, zira İranın imkanları var, ölkələr də neft anlaşmalarının həyata keçməsinə çalışırlar.
Xocəstə-Mehr həmçinin qeyd edib ki, İran neftinin hasilatı və satışı sanksiyalar və ya səkkiz illik icbari müharibə kimi heç bir şəraitdə dayandırılmayıb