İrandan bir ilk daha; üç peyk bir yerdə orbitə yerləşdirildi
https://parstoday.ir/azeri/news/iran-i4208-İrandan_bir_ilk_daha_üç_peyk_bir_yerdə_orbitə_yerləşdirildi
İran İslam Respublikası daha bir kosmonavtik yeniliyə imza atdı. Bu səfər “Simurq” peykdaşıyıcısı ilə “Məhda”, “Keyhan” və “Hatef” adlı üç peyki eyni vaxtda uğurla buraxıldı. Bu peyklər Yerdən 450 kmlik məsafədə orbitə yerləşdirildi.
(last modified 2024-01-29T03:51:03+00:00 )
Yan 28, 2024 14:39 Asia/Baku
  •     İrandan bir ilk daha; üç peyk bir yerdə orbitə yerləşdirildi

İran İslam Respublikası daha bir kosmonavtik yeniliyə imza atdı. Bu səfər “Simurq” peykdaşıyıcısı ilə “Məhda”, “Keyhan” və “Hatef” adlı üç peyki eyni vaxtda uğurla buraxıldı. Bu peyklər Yerdən 450 kmlik məsafədə orbitə yerləşdirildi.

 

Məlumata görə, 28 yanvar, bazar günü İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi yeni inşa edilən “Simurq” peykdaşıyıcı ilə “Məhda” və iki “Keyhan 2” və “Hatef 1” nanopeyki İmam Xomeyni (r) kosmik-hava bazasından minimum 450 km və maksimum 1100 km yüksəklik arasında elliptik orbitə uğurla yerləşdirilib.“Məhda” tədqiqat peykinin layihələşdirilməsi, inşası, hazırlanması və sınaq mərhələləri İran Kosmik Tədqiqatlar İnstitutunda həyata keçirilmişdir. “Keyhan 2” və “Hatef 1” nanopeykləri də İran Elektron Sənayesi Şirkəti (Sairan) tərəfindən inşa edilərək orbitə buraxılmaq üçün hazır vəziyyətə gətirilmişdir. Bu peyk İran Kosmik Tədqiqatlar İnstitutunun ən yeni peyk altsistemlərini sınaqdan keçirmək üçün hazırlanmış yüngülçəkili peyklər seriyasından olan 32 kq-lıq peykdir.Bu peykin əsas missiyası “Simurq” peyk daşıyıcısının aşağı yer orbitində kosmos yüklərini yerbəyer etməsi funksiyasını yoxlamaq və yeni quraşdırlmış aparatların işlək vəziyyətini və kosmosda yerləşdirilmiş texnologiyaların iş prinsipini qiymətləndirməkdir.“Keyhan 2” nanopeyki Sairan şirkətinin kosmik bazanın yerləşdirmə texnologiyasını təsbit etmək üçün inşa edilmişdir. 10 kqdan az çəkisi olan bu peyk kub peyklər seriyasından sayılır.Bu peyk Yerdə olan qəbuledicilər üçün yerli və qlobal təyinetmə sistemlərindən asılı olmayaraq mövqe təyin etmək imkanına malikdir.Peykdə yer kürəsini sabit və dəqiq nişan almaq üçün status təyini və nəzarət alt sistemi də yerləşdirilib.“Hatef 1” nanopeyki də Sairan şirkətinin hazırladığı çəkisi 10 kq-dan az olan kub peyklər seriyasındadır. Bu peykin funksiyası internet əşyalarından istifadəsində dar zolaqlı rabitə texnologiyasını təsbit etməkdir.Bu peyk “Şəhid Süleymani” peyk sisteminin ilk sınaq versiyası olaraq kosmosa buraxılıb.Kosmik-hava məlumat mərkəzindən verilən xəbərə görə, “Simurq 1” peyk daşıyıcısı iki mərhələli maye yanacaq daşıyıcısı olan peykdir.Bu peykin yeddinci tədqiqat buraxılışında çoxsaylı peyklərin ayrı şəkildə daşınması istiqamətində İranın kosmos-hava sənayesində yeni uğurlara imza atmağa şərait yaradacaqdır.