Kənani: “İran müqavimət cəbhəsinin qərarlarına qarışmır”
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani ABŞ qüvvələrinə edilmiş hücuma reaksiya verib. O, açıqlamasında deyib: "İran Müqavimət cəbhəsinin Fələstin xalqını necə dəstəkləyəcəyini, özünü və ölkə xalqını təcavüz və işğal qarşısında necə müdafiə edəcəyi harda qəbul edilmiş qərarlara qarışmır"
Qərbi Asiya, Mərkəzi Asiya və Şərqi Afrika regionunda yerləşdirilmiş ABŞ terrorçu qüvvələri “CENTCOM” komanda qərargahı bazar günü gecə saatlarında məlumat yayaraq elan edib ki, ABŞ-ın İordaniyadakı bazasına PUA -larla zərbə endirilib. Nəticədə 3 ABŞ əsgəri həlak olub, otuzdan çox əsgər isə yaralanıb.
ABŞ prezidenti Co Bayden də ritorik çıxışında İran əleyhinə danışaraq bu hücumun “İranın dəstəklədiyi silahlı dəstələr tərəfindən” edildiyini iddia edib.
Bu arada, Baydenin sərsəm iddiasına da cavab gecikməyib. ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smitprezidentin iddiasını rədd edərək, hücumda İran İslam Respublikasının əli olduğuna dair heç bir dəlilin olmadığını deyib.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin reaksiyası da bu məsələyə gecikmədi. Nasir Kənani bu gün keçirdiyi mətbuat brifinqində bildirib ki, İran İslam Respublikası Qəzzə böhranın elə ilk günündən bəri sionist rejimin Fələstin xalqına qarşı haqsız hücumlarının davam etməsi və eləcə də ABŞ-ın Qəzzə və İordan vadisində fələstinlilərə qarşı törədilən soyqırımına dəstəklədiyi bir vaxtda regionda münaqişə miqyasının daha da genişlənəcəyi təhlükəsi haqda dəfələrlə xəbərdarlıq edib. O, daha sonra bu xəbərdarlıqlarda ABŞ qüvvələri tərəfindən İraq və Suriyanın milli suverenliyinin daimi şəkildə dəfələrlə pozulduğunu İraq, Suriya və Yəmən müqavimət dəstələrinə və eləcə də xalqlarına qarşı bombardmanlı hücumların qeyri-sabitlik yaradacağı və şəritin daha da pisləşdirəcəyi mövzusunun yer aldığını da diqqətə çəkib.
Kənani əlavə edib: "İran İslam Respublikası regionda sülh, sabitlik və təhlükəsizliyin qorunmasının vacibliyini bir daha vurğulayaraq Qəzzədə müharibənin həll yolu olmamasını və sionist rejimin Qəzzəyə hücumlarına son verməsini və dərhal atəşkəs rejiminin regionda sülhün bərpa olunmasına əsas səbəb ola biləcəyini hesab edir"
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi daha sonra qeyd edib ki, İrana qarşı əsassız yürüdülən ittihamların yenidən təkrarlanması ABŞ-ı yeni bir münaqişə ocağının yaradılmasına sövq etməsi və öz maraqlarını güdən tərəflərin mənfur planıdır. Onların bu plandan məqsədi öz problemlərindən nəzərləri yayındırmaq və bölgəni böhranın genişlənməsinə və eskalasiyasına təhrik etmədkir.
Sonda Nasir Kənani bir daha vurğulayıb ki, İran İslam Respublikası regionda baş verən hadisələri son dərəcə yaxından izləyir və İrana qarşı təxribat xarakterli ittihamların səbəb ola biləcəyi nəticələrinə görə məsuliyyət belə bir əsassız iddiaların sürülməsinə səbəb olan tərəflərin üzərinə düşür.
Qeyd edək ki, İraq İslam Müqavimət Hərəkatı bazar günü gecə saatlarında yaydığı bəyanatda ABŞ-ın Suriyadakı bir neçə hərbi bazasına və Fələstinin işğal olunmuş ərazilərində yerləşən hərbi bazalara hücum etdiyini elan edib.