2024-cü ilin mayında “Sübh” media festivalı keçiriləcək
2-ci Sübh Media Festivalının təşkilatçı direktoru:
"Bizim böyük iddiamız olmasa da, günümüzün ən mühüm məsələsi sayılan media sahəsində istədiyimiz işləri görmək üçün qətiyyətliyik. Bu festival təkcə film festivalını deyil, eləcə də bütün media sektorlarını əhatə edir.Məlumata görə, 23 yanvar çərşənbə axşamı 2-ci Sübh Media Festivalının posteri nümayiş edilib. Bu təqdimat Sübh Media Festivalının icraçı direktoru Möhsün Yəzdi və İran Televiziya Yayım Təşkilatının Xarici şöbələrinin media işçilərinin iştirakı ilə keçirilib. Möhsün Yəzdi günün media məsələlərinə toxunaraq deyib: "Mediamız texniki və proqram təminatı sahəsində problemlərlə üzləşir və qarşıda bizi çətin yollar gözləyir. İran hazırda düşdüyü şərait baxımından məhdud bir dairədə qərarlaşıb. Bu şərtlər həmişə heç də bizim xeyrimizə olmur. Biz daim hadisələrin axarında olmuşuq. Mediada meydan sahibi olmaq istəyirsənsə bunun üçün kifayət qədər əngəllər çoxdur. O daha sonra əlavə edib:" Biz reallıqlarla barışmırıq. Bu isə bizi serebral iflicə aparır. Əgər gələcəyə baxmasaq, uğursuzluğa, tənəzzülə uğrayacağıq. Bizim minillik tarixə malik bir xalqımız var. Olduqca çətin günlərdən keçmişik. Biz qürurlu keçmişimizi bu günümüzlə birləşdirib gələcək yolumuzu cızmalıyıq. İndiki zamanda ilişib qalsaq, gələcək yolumuzu tuta bilməyəcəyik. Sübh Media Festivalının direktoru daha sonra bildirib ki, biz günümüzün ən mühüm məsələsi olan media haqqında danışmaq istəyirik. Bu festival təkcə film festivalı deyil və bütün media sektorlarını əhatə edir. "Sübh" festivalını əsl festival olmasını istəyirik. Yəzdi daha sonra çoxqütblü dünyada ortaq cəhətlərə də toxunub. O, qeyd edib ki, bizim çoxlu qeyri-real festivallarımız, tamaşalarımız var. Onlar heç də öz məqsədlərinə çatmırlar və adi bir tamaşa və ya şou səviyyəsində qalırlar. Biz bu festivalda kinorejissorların, sənətçilərin və çoxqütblü dünyaya inananların yanında olmaq istəyirik. Amerika və müttəfiqlərinin dünyaya sahib olduğuna inanmayanların yanındayıq. Bizim baxışığımız çoxqütblü dünyada ümumi cəhətlərə əsaslanmaqdır.