Dünya Bankı: İran iqtisadiyyatı Amerikadan 5 dəfə artıb
https://parstoday.ir/azeri/news/iran-i426-dünya_bankı_İran_iqtisadiyyatı_amerikadan_5_dəfə_artıb
Dünya Bankı ötən ilin payızında (2022-ci ilin dördüncü rübü) 72 ölkənin iqtisadi artımını araşdırdıqdan sonra İran iqtisadiyyatının ABŞ-dan 5 dəfə artdığını açıqlayıb.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyun 10, 2023 10:18 Asia/Baku
  • Dünya Bankı: İran iqtisadiyyatı Amerikadan 5 dəfə artıb

Dünya Bankı ötən ilin payızında (2022-ci ilin dördüncü rübü) 72 ölkənin iqtisadi artımını araşdırdıqdan sonra İran iqtisadiyyatının ABŞ-dan 5 dəfə artdığını açıqlayıb.

İRNA-nın xəbərinə görə, Dünya Bankı "Dünya İqtisadi Baxış" adlı yeni hesabatının bir hissəsində 2022-ci ilin dördüncü rübünə keçən ilin payızına uyğun olaraq 72 ölkənin iqtisadi artımının statistikasını dərc edib.

Ötən ilin payızında Dünya Bankı İran iqtisadiyyatının 4,7% artdığını, digər ölkələrlə müqayisədə əhəmiyyətli rəqəm olduğunu açıqlamışdı.İran iqtisadi artıma görə dünyanın 72 iqtisadiyyatı arasında 15-ci yerdə qərarlaşıb ki, bu da o deməkdir ki, bu dövr ərzində yalnız 14 ölkədə İrandan daha yüksək iqtisadi artım olub.

Dünya Bankının statistikası göstərir ki, İran 2022-ci ilin birinci rübündə 5 faiz əhəmiyyətli artım yaşayıb və ikinci rübdə bu rəqəm 2,5 faizə düşüb, lakin üçüncü rübdə İranın iqtisadi artımı 3,4 faiz, Dördüncü rübdə isə 4,7 faizə çatıb.

Ötən ilin payızında İran iqtisadiyyatı 4,7 faiz artıb, inkişaf etmiş ölkələrin orta iqtisadi artımı isə bu dövrdə cəmi 1,2 faiz olub. Bu zaman Amerika iqtisadiyyatı cəmi 0,9%, Avro zonası 1,8%, Yaponiya isə 0,4% artıb.