İraq islam müqavimətinin Hayfa limanına dron hücumu
Fev 01, 2024 09:13 Asia/Baku
İraq islami müqaviməti cümə axşamı səhər saatlarında işğal olunmuş ərazilərdəki Hayfa limanına pilotsuz təyyarə hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
İRNA-nın cümə axşamı "Əl-Nəcbə" teleknalının Telegram kanalına istinadən verdiyi məlumata görə, İraq islami müqaviməti bəyanat yayaraq bildirib: “Bu gün, cümə axşamı, qəsbkar sionist rejimin Fələstin xalqına, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı törətdiyi cinayətlərə cavab olaraq, döyüşçülərimiz işğal olunmuş Fələstin ərazilərindəki Hayfa limanını pilotsuz təyyarə ilə hədəfə alıblar.”
Teqlər