General Səlami: İran heç bir təhdidi cavabsız qoymayacaq
https://parstoday.ir/azeri/news/iran-i4284-general_səlami_İran_heç_bir_təhdidi_cavabsız_qoymayacaq
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı Qərbi Asiyada üç amerikalı əsgərin ölümü ilə bağlı gərginliyin artması fonunda ABŞ-ın İrana qarşı hədələrinə toxunub və deyib: "İran heç bir təhdidi cavabsız qoymayacaq. Biz müharibənin ardınca deyilik, amma müharibədən qorxmuruq və dayanırıq".
(last modified 2024-02-03T03:33:12+00:00 )
Fev 02, 2024 17:10 Asia/Baku
  •     General Səlami: İran heç bir təhdidi cavabsız qoymayacaq

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın baş komandanı Qərbi Asiyada üç amerikalı əsgərin ölümü ilə bağlı gərginliyin artması fonunda ABŞ-ın İrana qarşı hədələrinə toxunub və deyib: "İran heç bir təhdidi cavabsız qoymayacaq. Biz müharibənin ardınca deyilik, amma müharibədən qorxmuruq və dayanırıq".

General-mayor Hüseyn Səlami çərşənbə günü Tehran vilayətinin  24 min Şəhidini Anma üzrə Milli Konqresin yekun iclasında çıxışı zamanı deyib: "Bu günlər Amerika rəsmilərindən təhdidlər eşidirik, biz onlara deyirtik ki, siz artıq bizi sınaqdan keçirmisiniz. Bizim və sizin ortaq cəhətimiz odur ki, bir-birimizi tanıyırıq. İran heç bir təhdidi cavabsız qalmayacaq. Biz müharibə axtarmırıq, amma ondan da qorxmuruq və özümüzü və izzətimizi müdafiə edirik".

O, əlavə edib: "Biz müharibə qızışdıran deyilik, lakin onlar bizə müharibələr . tətbiq edirlər. Ona görə də biz amallarımızı müdafiə edirik, torpağımıza əcnəbilərin müdaxiləsinə imkan vermirik, müstəqil və əzizik".

Səlami həmçinin bildirib ki, İran bu gün böyük, güclü və inkişaf etmiş ölkədir.

“Fələstin qələbə yolundadır və sionistlər kiçik bir torpağı aylarla müharibədə saxlaya bilməzlər və əminik ki, sionistlər məğlub olacaqlar”, - o əlavə edib.

Onun açıqlamaları İordaniya-Suriya sərhədi yaxınlığındakı ABŞ bazasına pilotsuz təyyarənin endirilməsi nəticəsində üç Amerika əsgərinin öldürülməsindən və ən azı 40 nəfərin yaralanmasından bir neçə gün sonraya təsadüf edib.

Prezident Co Bayden və Amerikanın bölgədəki hərbi əməliyyatlarına rəhbərlik edən ABŞ Mərkəzi Komandanlığı heç bir sübut təqdim etmədən hücumu dərhal “Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplaşmaların” üzərinə atıb.

İran isə öz növbəsində hücumla bağlı hər hansı əlaqəni rədd edərək, bunu ABŞ-ı yeni regional münaqişəyə sürükləmək istəyənlərin planı kimi qiymətləndirib. Tehran regional müqavimət qruplarının İrandan əmr almadığını və müstəqil hərəkət etdiyini və ABŞ-ın hər hansı təcavüzü halında qətiyyətli addım atacağını bildirib.