Sanksiyalar işə yaramır, hasilat kəskin artıb
https://parstoday.ir/azeri/news/iran-i4286-sanksiyalar_işə_yaramır_hasilat_kəskin_artıb
ABŞ-ın sanksiyalarına baxmayaraq, İran İslam Respublikasının neft hasilatı son 5 ildə ən yüksək həddə çatıb.
(last modified 2024-02-03T03:39:09+00:00 )
Fev 02, 2024 07:07 Asia/Baku
  • Sanksiyalar işə yaramır, hasilat kəskin artıb

ABŞ-ın sanksiyalarına baxmayaraq, İran İslam Respublikasının neft hasilatı son 5 ildə ən yüksək həddə çatıb.

 

Bildirilir ki, İran 2023-cü ildə dünyada neft hasilatı artımının ikinci ən böyük mənbəyinə çevrilib və son bir ildə gündə təxminən 3,2 milyon barrel hasil edib.

İRNA yazır ki, bu, ABŞ-ın ən azı kağız üzərində sərt sanksiyalarının konkret olaraq İranın neft sənayesinə yönəldiyi kontekstdə baş verib. İran həmçinin ötən il neft tankerlərində saxladığı təxminən 80 milyon barrel xam neft və digər neft məhsullarını satıb. Bu satış çox güman ki, təxminən 5 milyard dollar əlavə gəlir gətirib.

Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, İran 2023-cü ildə əvvəlki illə müqayisədə gündə orta hesabla 445 min barrel daha çox istehsal edib.