Rəisi İranın ərazi bütövlüyünün toxunulmaz olduğunu vurğulayıb
“Üç ada İranın ayrılmaz hissəsidir”
İran İslam Respublikasının prezidenti üç adanın İranın ayrılmaz hissəsi olduğunu bəyan edib.
Seyid İbrahim Rəisi cümə axşamı Hörmüzqan vilayətinin əhalisi ilə görüşündə deyib: “Fars körfəzi ölkələri İranın bölgədə mövcudluğunun təhlükəsizlik faktoru olduğunu, əcnəbilərin möcvudluğunun isə bu bölgənin təhlükəsizliyini təhdid etdiyini bilirlər”.
Cənab Rəisi dünyada ərazi bütövlüyü ilə bağlı fərqli fikirlər söyləyənlərin və yazanların öz sözlərinə düzəliş etməli olduğuna diqqət çəkərək deyib: “Digər ölkələr bilməlidir ki, İslam Respublikasının bu üç ada üzərində suverenliyinə dair qəti sənədlər və əvvəlki qeydlər həmişə təsdiqlənib.”
Prezident həmçinin İran İslam Respublikasının hər zaman regionda təhlükəsizliyin təminatçısı olduğunu qeyd edib.