AFC İranın Yaponiya üzərində qələbəsinə reaksiya verdi; Röya gerçəkləşdi
Asiya Futbol Konfederasiyası (AFC) İran milli komandasının Asiya Millətlər Kubokunun 1/4 finalında Yaponiya üzərində qazandığı parlaq qələbəyə münasibət bildirib və bunu Röyanın gerçəkləşməsi kimi qiymətləndirib.
İran İslam Respublikasının futbol üzrə milli komandası 2023-cü il Asiya Millətlər Kubokunun 1/4 final mərhələsində “Məhəmməd Mohebi” və “Əlireza Cəhanbəxş”ın qolları ilə Yaponiyanın səddini 2:1 hesabı ilə dəf etməyi bacarıb.

Bu qələbə və İran milli komandasının ürəkaçan çıxışından sonra 2023-cü il Asiya Millətlər Kubokunun rəsmi səhifəsi X sosial şəbəkəsindəki mesajında belə yazıb: “ Röya gerçəkləşdi; İran yarımfinalda”.
Qətər milli futbol komandası da Özbəkistana qalib gələrək 2023-cü il Asiya Kubokunun yarımfinalında İranın rəqibi olacaq.