AFC İranın Yaponiya üzərində qələbəsinə reaksiya verdi; Röya gerçəkləşdi
https://parstoday.ir/azeri/news/iran-i4298-afc_İranın_yaponiya_üzərində_qələbəsinə_reaksiya_verdi_röya_gerçəkləşdi
Asiya Futbol Konfederasiyası (AFC) İran milli komandasının Asiya Millətlər Kubokunun 1/4 finalında Yaponiya üzərində qazandığı parlaq qələbəyə münasibət bildirib və bunu Röyanın gerçəkləşməsi kimi qiymətləndirib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Fev 04, 2024 05:03 Asia/Baku
  • AFC İranın Yaponiya üzərində qələbəsinə reaksiya verdi; Röya gerçəkləşdi

Asiya Futbol Konfederasiyası (AFC) İran milli komandasının Asiya Millətlər Kubokunun 1/4 finalında Yaponiya üzərində qazandığı parlaq qələbəyə münasibət bildirib və bunu Röyanın gerçəkləşməsi kimi qiymətləndirib.

İran İslam Respublikasının futbol üzrə milli komandası 2023-cü il Asiya Millətlər Kubokunun 1/4 final mərhələsində “Məhəmməd Mohebi” və “Əlireza Cəhanbəxş”ın qolları ilə Yaponiyanın səddini 2:1 hesabı ilə dəf etməyi bacarıb.

Bu qələbə və İran milli komandasının ürəkaçan çıxışından sonra 2023-cü il Asiya Millətlər Kubokunun rəsmi səhifəsi X sosial şəbəkəsindəki mesajında ​​belə yazıb: “ Röya gerçəkləşdi; İran yarımfinalda”.

Qətər milli futbol komandası da Özbəkistana qalib gələrək 2023-cü il Asiya Kubokunun yarımfinalında İranın rəqibi olacaq.