ABŞ avantürasi region sülhü və təhlükəsizliyini hədələyir
https://parstoday.ir/azeri/news/iran-i4302-abŞ_avantürasi_region_sülhü_və_təhlükəsizliyini_hədələyir
ABŞ-ın avantüralarının davam etməsi region sülhü və təhlükəsizliyi üçün bir təhdiddir
(last modified 2024-02-04T06:45:17+00:00 )
Fev 03, 2024 14:58 Asia/Baku
  • ABŞ avantürasi region sülhü və təhlükəsizliyini hədələyir

ABŞ-ın avantüralarının davam etməsi region sülhü və təhlükəsizliyi üçün bir təhdiddir

 

İran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Amerikanın İraq, Suriya və Yəmənə qarşı hücumlarını sionist rejimin hədəflərinin təmini istiqamətində dəyərləndirib və bunu, region sülhü və təhlükəsizliyi üçün bir təhdid adlandırıb.

Amerika ordusu dünən gecə və bu gün səhər saatlarında İraq və Suriyadakı müqavimət qruplarının mövqelərinə qarşı hücumlar keçirib. Nəticədə müqavimət qüvvələrindən bir qrupu şəhid olub və ya yaralanıbdır.

Bu istiqamətdə, İran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi- Nasir Kənani ABŞ-ın İraq və Suriyaya hücumlarını pisləyib.

Qeyd olunan hücumların İraq və Suriyanın suverenlik və ərazi bütövlüklərini, həmçinin beynəlxalq hüquq normaları və BMT nizamnaməsini açıq şəkildə pozduğuna diqqət çəkən Kənani söyləyib: Amerikanın sionist rejimin Qəzzə sakinlərinə qarşı dörd ay davam edən amansız və vəhşicəsinə hücumlarını hərtərəfli şəkildə himayə etməsindən əlavə, Yəmənə qarşı hücumlar və bu ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması, İraq və Suriyaya hücumlar, Amerika hökuməti tərəfindən edilən digər strateji xəta və avantürist hərəkətdir. Bunun, regionda səbatsızlıq və gərginliyin şiddətlənməsindən savayı, bir nəticəsi olmayacaq.

İran diplomatiya aparatının sözçüsü söyləyib: İran İslam Respublikasının dəfərlərlə bildirdiyi kimi, regionda gərginlik və böhranın kökü, Amerikanın qeyri-məhdud dəstəyilə sionist rejimin Qəzzədə fələstinlilərə qarşı soyqırımı və hərbi əməliyyatlarını davam etdirməsi və bu rejimin işğalçılığına qayıdır. Sabitlik və təhlükəsizliyin regiona qayıtması yalnız və yalnız, böhranın kökü və onun əlacı üzərində təmərküzləşmə sayəsində mümkündür.