İİR ordusunun yeni hərbi texnikasi nümayiş etdirilib
https://parstoday.ir/azeri/news/iran-i4304-İİr_ordusunun_yeni_hərbi_texnikasi_nümayiş_etdirilib
İİR Ordusunun uzaqmənzilli elektron raket sisteminin təqdimatı olub
(last modified 2024-02-04T04:29:31+00:00 )
Fev 03, 2024 16:35 Asia/Baku
  • İİR ordusunun yeni hərbi texnikasi nümayiş etdirilib

İİR Ordusunun uzaqmənzilli elektron raket sisteminin təqdimatı olub

 

İran İslam Respublikası Ordusu baş komandanının iştirakı ilə, iyirmi kilometrlik uzaq mənzilə malik olan «Şəfəq» tipli elektron raket sisteminin təqdimatı olub.

Bu gün səhər general-mayor Seyid Əbdürrəhim Musəvinin iştirakı ilə keçirilən sərgidə «Şəfəq» tipli zirehə qarşı aviasiya raket sistemləri və «Yusif» tipli gecə görmə kamerasının təqdimatı olub. İran İslam Respublikası Ordusunun aviasiya qüvvələrinin quru qoşunlarının məhsulu olan sözügedən texnikalar bu qoşunların iqtisadi müstəqillik cihadı mütəxəssisləri tərəfindən dizayn və istehsal edilib.

Sözügedən sərgidə döyüş əməliyyatlarını gerçəkləşdirmə sistemi, helikopterlərin virtual reallığı simulyatoru, özünümüdafiə sistemləri, "Yusif" layihəsi, müxtəlif növ uzaqmənzilli aviasiya qanadlı raketləri, zirehə qarşı «hava-yer» tipli raketlər, "Qədər" raketləri, müxtəlif növ kəşfiyyat-kamikadze pilotsuz uçuş aparatları, «Bəlid» açarı, «Məhərrəm» tipli qırıcı PUA-sı, helikopterlərə lazım olan detallar, «Kiyan-600 plyus», «Kiyan-700» və «Kiyan-800» tipli superağır avtomobillər, quru döyüşləri, əməliyyatlar və zireh sahəsində lazım olan müxtəlif növ texnikalar nümayiş etdirilib.