Rusiya ABŞ-ın Suriya və İraqa zərbələrini pisləyib
https://parstoday.ir/azeri/news/iran-i4312-rusiya_abŞ_ın_suriya_və_İraqa_zərbələrini_pisləyib
Rusiya Federasiyası ABŞ-ın Suriya və İraqa zərbələrini pisləyib, həmçinin bu vəziyyətin BMT-də təcili nəzərdən keçirilməsini istəyib.
(last modified 2024-02-05T07:19:35+00:00 )
Fev 04, 2024 08:28 Asia/Baku
  • Rusiya ABŞ-ın Suriya və İraqa zərbələrini pisləyib

Rusiya Federasiyası ABŞ-ın Suriya və İraqa zərbələrini pisləyib, həmçinin bu vəziyyətin BMT-də təcili nəzərdən keçirilməsini istəyib.

 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, ABŞ-ın strateji bombardmanla bağlı hava hücumları Vaşinqtonun beynəlxalq hüquqa tamamilə məhəl qoymamasıdır.

Zaxarova deyib ki, heç kim beynəlxalq koalisiya illüziyası yaratmamalıdır və Britaniya hələ amerikalıların hərəkətlərini dəstəklədiyinə görə cavab verməlidir.