İran və Rusiya yolun çəkilişi ilə bağlı danışıqlar aparıb
https://parstoday.ir/azeri/news/iran-i4314-İran_və_rusiya_yolun_çəkilişi_ilə_bağlı_danışıqlar_aparıb
İran İslam Respublikası və Rusiya Rəşt-Astara dəmir yolunun çəkilişi ilə bağlı danışıqlar aparıb.
(last modified 2024-02-05T07:19:36+00:00 )
Fev 04, 2024 09:36 Asia/Baku
  • İran və Rusiya yolun çəkilişi ilə bağlı danışıqlar aparıb

İran İslam Respublikası və Rusiya Rəşt-Astara dəmir yolunun çəkilişi ilə bağlı danışıqlar aparıb.

 

BRİCS-ə üzv dövlətlərin nümayəndələrinin 2024-cü ildə keçirilən ilk iclasında iştirak etmək üçün Moskvada səfərdə olan İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin icrası üzrə müqavilənin imzalanması məsələsini Rusiya rəsmiləri ilə müzakirə edib.

Mehdi Səfəri Rusiya prezidentinin köməkçisi İqor Levitin və bu ölkənin nəqliyyat nazirinin müavini Dmitri Zverev ilə ayrı-ayrılıqda görüşlərdə İran və Rusiya prezidentlərinin Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılmasının sürətləndirilməsinin vacibliyini vurğulamalarına toxunaraq, bu müqavilənin imzalanması üçün qalan məsələlərin tezliklə həll edilməsinin əhəmiyyətini qeyd edib.