Əmir-Abdullahiyan: Regionun təhlükəsizliyi qorunmalıdır
https://parstoday.ir/azeri/news/iran-i4328-Əmir_abdullahiyan_regionun_təhlükəsizliyi_qorunmalıdır
İran İslam Respublikasının xarici işlər naziri bəyan edib ki, rəsmi Tehran İraq, Suriya, Yəmən və Fələstinin təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edir.
(last modified 2024-02-06T06:26:29+00:00 )
Fev 05, 2024 08:04 Asia/Baku
  • Əmir-Abdullahiyan: Regionun təhlükəsizliyi qorunmalıdır

İran İslam Respublikasının xarici işlər naziri bəyan edib ki, rəsmi Tehran İraq, Suriya, Yəmən və Fələstinin təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edir.

 

Hüseyn Əmir-Abdullahiyan ABŞ-ın Qərbi Asiya ölkələrinə təcavüzünə münasibət bildirərkən öz X hesabında yazıb: “Biz ABŞ və İngiltərənin Yəmənə hərbi hücumlarını və ABŞ-ın İraq və Suriyaya təcavüzünü şiddətlə pisləyirik”.

Xarici işlər naziri daha sonra bildirib ki, britaniyalı həmkarı Deyvid Kameron ilə görüşündə o, açıq şəkildə bəyan edib ki, “müharibənin davam etdirilməsi həll yolu deyil”.

O, təcavüzkarlara xəbərdarlıq edib ki, region xalqlarının qəzəbini sınamasınlar.