İran İslam Respublikasının xarici tərəfdaşları ilə hərbi dəniz əməkdaşlığı genişləndirilir
İran, Çin və Rusiya birgə dəniz təlimi keçirəcək
Fev 05, 2024 14:48 Asia/Baku
İran İslam Respublikasının xarici tərəfdaşları ilə hərbi dəniz əməkdaşlığı genişləndirilir, iki ölkə ilə birgə təlimlər keçiriləcək.
İranın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani Məncil şəhərində yerləşən dəniz piyadaları və komando qüvvələri üçün təlim mərkəzində deyib ki, mart ayında İranın Rusiya və Çinlə birgə dəniz təlimi keçiriləcək və hərbi təlimə digər ölkələr də dəvətlidir.
Admiral Şəhram qeyd edib ki, bu təlim regionun təhlükəsizliyi və üç ölkənin ümumi maraqlarının təmin edilməsi məqsədi ilə keçiriləcək.
Teqlər