Aİİ-nin İranla sərbəst ticarət müqaviləsi həmkarlıqların gücləndirilməsi istiqamətində atılan iri addımdır
https://parstoday.ir/azeri/news/iran-i4348-aİİ_nin_İranla_sərbəst_ticarət_müqaviləsi_həmkarlıqların_gücləndirilməsi_istiqamətində_atılan_iri_addımdır
Rusiya xarici işlər nazirinin müavini deyibdir ki: Avrasiya İqtisadi İttifaqının İranla sərbəst ticarət müqaviləsi əməkdaşlıqların gücləndirilməsi istiqamətində atılan iri addımdır. Bu müqavilə həmkarlıqların gücləndirilməsi və qarşılıqlı ticarət həcminin yüksəldilməsi sahəsində tərəflər üçün böyük fürsətlər yaradacaq.
(last modified 2024-02-07T06:06:25+00:00 )
Fev 06, 2024 10:12 Asia/Baku
  • Aİİ-nin İranla sərbəst ticarət müqaviləsi həmkarlıqların gücləndirilməsi istiqamətində atılan iri addımdır

Rusiya xarici işlər nazirinin müavini deyibdir ki: Avrasiya İqtisadi İttifaqının İranla sərbəst ticarət müqaviləsi əməkdaşlıqların gücləndirilməsi istiqamətində atılan iri addımdır. Bu müqavilə həmkarlıqların gücləndirilməsi və qarşılıqlı ticarət həcminin yüksəldilməsi sahəsində tərəflər üçün böyük fürsətlər yaradacaq.

 

Dünən TASS xəbər agentliyinə müsahibə verən Aleksandr Pankin iki min iyirmi üçüncü il hadisələrinə işarə ilə, əlavə edib: Sözügedən ilin hadisələrinin araşdırılmasında, ötən ilin dekabrında Sankt-Peterburqda imzalanan Avrasiya İqtisadi İttifaqının İranla sərbəst ticarət müqaviləsinin önəminə diqqət yetirməməyimiz qeyri-mümkündür.

Rusiya xarici işlər nazirinin müavini söyləyib: Bu müqavilə Avrasiya İqtisadi İttifaqının İran bazarına girişi üçün yeni və daha qənaətbəxş şərait yaradacaq. Bunun qarşılığında qida maddələri də daxil olmaqla İran ticarət malları sözügedən ittifaq sakinlərinin əlçatanlığında qərar tapacaq.