Əmir Abdullahian: İran İsraili mühakimə etmək üçün səylərini davam etdirəcək
İranın xarici işlər naziri bildirib ki, İran İslam ölkələri və region ölkələri ilə birlikdə Qəzzədə törətdiyi cinayətlərə görə İsraili mühakimə etmək üçün səylərini davam etdirəcək.
Regional səfərinin ilk istiqaməti olaraq, Beyrutda olan İran xarici işlər naziri İranın Beyrutdakı səfirliyində keçirilən mətbuat konfransında İran və müqavimət cəbhəsi ölkələrinin qanuni hərəkətləri ilə bağlı suala cavab olaraq , deyib: "Ötən 4 ayda İrandan və dünyadan akademiklər və hüquq mütəxəssisləri Qəzzədəki soyqırımın geniş hüquqi ölçülərini müzakirə etmək üçün iki görüş keçirdi".
Hüseyn Əmir Abdullahian İranın Cənubi Afrikanın sionist rejimə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə şikayətini dəstəklədiyinə işarə edərək, vurğulayıb: "İran İslam ölkələri və region ölkələri ilə birlikdə İsraili Qəzzədə törətdiyi cinayətlərə görə mühakimə etmək üçün səylərini davam etdirəcək".
İranın xarici işləri, həmçinin livanlı həmkarı Abdullah Buhəbib ilə keçirdiyi mətbuat konfransında İranın heç vaxt regionda müharibənin yayılmasını istəmədiyini vurğulayaraq, deyib: "Sionist rejim öz həyatını müharibənin yayılmasında görür. Amerika hökuməti də müharibənin yayılmasına qarşı olduğunu bəyan etməsinə baxmayaraq, İsrail rejimini tam dəstəkləyir və bu rejim hətta bir gün də olsun belə silah göndərməyi dayandırmayıb".
"ABŞ əgər regionda sülh axtarırsa, Qəzzə və İordan çayının qərb sahilindəki cinayətləri və soyqırımı və sionist rejimə dəstəyini dayandırmalıdır. İran və Livan müharibə və müharibə qızışdırıcılığının genişləndirilməsinin Qəzzədə müharibənin həlli olmadığını vurğulayır", - deyə o, əlavə edib.
Bütün tərəflərin Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsinin vacibliyini vurğulayan, Əmir Abdullahian qeyd edib ki, Livanın siyasi liderləri ölkənin daxili məsələlərini həll edəcək qədər ağıllıdırlar və İran Livanın istənilən qərarını dəstəkləyir. Bundan başqa, İran İslam Respublikası Livan üçün yaxşılıqdan başqa heç nə istəmir".
Əmir Abdullahian qeyd edib ki, İsrail rejiminin Qəzzə zolağında 4 aydan artıq davam edən müharibəsinin bu rejim və onun tərəfdarları üçün heç bir nəticəsi olmayıb.
Başqa bir yerdə o, ABŞ-ın ikili standart siyasətinə toxunaraq, deyib: "ABŞ eyni zamanda həm, İsrail rejiminə silah göndərir, həm də siyasi həlldən danışır".
O, müharibənin sonunun Netanyahunun və saxta işğalçı rejimin sonu olacağını bəyan edərək, deyib: "Netanyahu Ağ Evi girov saxlamağa çalışır ki, daha bir neçə ay hakimiyyətdə qalsın. Ağ Ev ya İsrailin girovluğunda qalmağı, ya da siyasi həll yolunu seçməlidir".
Livanın xarici işlər naziri də öz növbəsində bu ölkənin coğrafi sərhədləri daxilində hüquq və təhlükəsizliyini dəstəkləmək üçün livanlıların konsensusunu vurğuladı və Fələstinə gəldikdə, o, Livanın təcili atəşkəsin zəruriliyi, sionist rejimin Qəzzəyə hücumlarının dayandırılması və Fələstin vətəndaşlarına dərhal humanitar yardım göndərilməsi ilə bağlı aydın mövqeyini təsdiqləyib.
O, əlavə edib: "İran və Livan bütün ölkələrin müharibəni dayandırmaq və Qəzzə zolağına humanitar yardım göndərmək üçün səylərinin vacibliyini vurğulayırlar".
Əmir Abdullahian Livandan sonra Suriya və Qətərə səfər edəcək.