Sepah-ın bombardmançı multirotoru uğurla sınaqdan keçirilib
İyun 12, 2023 02:46 Asia/Baku
İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının bombardmançı multirotoru uğurla sınaqdan keçirilib.
«Ərbəin» layihəsi adı altında düzəldilən bu uçan aparat müxtəlif növlü sursatları daşımaq qabiliyyətinə malikdir.
Bu yüngül uçan aparat özü ilə yeddi kiloqramlıq bomba daşımaq və onu beş yüz metrlik hündürlükdən hədəfin üzərinə buraxmaq bacarığına malikdir.
Bundan başqa, İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının yeni multirotoru eyni vaxtda on kiçik qumbaranı özü ilə daşımağa və müxtəlif hədəflər üzərinə atəş açmağa qadirdir.
Teqlər