86-cı Donanma İranın dünyanın dəniz güclərindən biri kimi mövqeyini müəyyən etdi
https://parstoday.ir/azeri/news/iran-i4472-86_cı_donanma_İranın_dünyanın_dəniz_güclərindən_biri_kimi_mövqeyini_müəyyən_etdi
Hərbi Dəniz Qüvvələrinin komandanı dəniz iqtisadiyyatı məsələsinin ölkələr üçün prioritet olduğuna işarə edərək dedi: 86-cı Donanma İranın Qərbi Asiya və İslam dünyasının dəniz güclərindən biri kimi mövqeyini müəyyən etdi.
(last modified 2024-02-24T06:55:48+00:00 )
Fev 17, 2024 10:58 Asia/Baku
  • 86-cı Donanma İranın dünyanın dəniz güclərindən biri kimi mövqeyini müəyyən etdi

Hərbi Dəniz Qüvvələrinin komandanı dəniz iqtisadiyyatı məsələsinin ölkələr üçün prioritet olduğuna işarə edərək dedi: 86-cı Donanma İranın Qərbi Asiya və İslam dünyasının dəniz güclərindən biri kimi mövqeyini müəyyən etdi.

 

Kontur-admiral Şəhram İrani şənbə günü - fevralın 17-də İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin 86-cı Donanmasının nailiyyətlərini açıqlamaq üçün keçirilən konfransda deyib: İran İslam Respublikasının qüdrətinin dönüş nöqtəsi 86-cı Donanmanın missiyasının uğurla başa çatmasıdır.

Dəniz iqtisadiyyatı diskursunun ölkələr tərəfindən prioritet olduğuna işarə edən donanma komandiri əlavə edib: 86-cı donanma İranın Qərbi Asiya və İslam dünyasının dəniz güclərindən biri kimi mövqeyini bərqərar etdi.