İran və Rusiya arasında iqtisadi əməkdaşlıq genişləndirilir
İranın Rusiyadakı səfiri 2023-cü ildə İran məhsullarının Rusiyaya ixracının iki milyard dolları keçdiyini açıqlayıb.
İranın Rusiyadakı səfiri Kazım Cəlali bu gün və sabah (26 və 27 fevral bazar ertəsi və çərşənbə axşamı) keçiriləcək iki ölkə arasında İqtisadi və Ticarət Əməkdaşlıq üzrə 17-ci Daimi Komissiyanın ixtisaslaşmış komitələrinin iclası ərəfəsində , ötən il İranın Rusiyaya ixracının artımı barədə məlumat verib.
İranın Rusiyadakı diplomatı iki ölkə rəsmilərinin bütün səylərinin ikitərəfli mübadilələrdə milli valyutalardan istifadə etmək olduğunu bildirib və əlavə edib: Tehran-Moskvanın pul-bank sahəsindəki səyləri milli valyutalar əsasında mübadilələrin həcminin artırılmasına yönəlib və bu məsələ iki ölkənin ciddi yanaşmasıdır.
İranın Rusiyadakı səfiri iki ölkə arasında pul və bank əməkdaşlığının genişləndiyini və razılaşmaların icrası ilə bir çox pul və bank maneələrinin aradan qalxacağını bildirib.
Cəlali həmçinin İran ilə Avrasiya İqtisadi Birliyinin beş üzvü ölkəsi arasında azad ticarət sazişinin imzalanmasını böyük uğur kimi qiymətləndirib və deyib: Bu razılaşmanın həyata keçirilməsi ilə İran və Avrasiya İttifaqı arasında ticarətdə malların 90 faizindən çoxunun gömrük tarifi sıfıra bərabər olacaq.
Qeyd edək ki, İran İslam Respublikası və Avrasiya İttifaqına üzv dövlətlərin, o cümlədən Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ermənistanın yüksək vəzifəli şəxsləri dekabrın 25-də Sankt-Peterburqda azad ticarət sazişi imzalayıblar.