İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası ilə təmaslardan danışdı
https://parstoday.ir/azeri/news/iran-i466-İran_xarici_İşlər_nazirliyinin_sözçüsü_azərbaycan_respublikası_ilə_təmaslardan_danışdı
Kənani: Gərginlik mərhələsindən yeni mərhələyə keçmək üçün danışıqlar aparılır
(last modified 2023-08-27T04:57:46+00:00 )
İyun 13, 2023 07:02 Asia/Baku
  • İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası ilə təmaslardan danışdı

Kənani: Gərginlik mərhələsindən yeni mərhələyə keçmək üçün danışıqlar aparılır

 

 İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası ilə təmasların öz bəhrəsini verməyə başladığını vurğulayıb.

Nasir Kənani mətbuat konfransında deyib: “Bizim Azərbaycanla bağlı siyasətimiz gərginlik yaratmaq deyil, gərginliyi azaltmaq və münasibətlər prosesini birgə əməkdaşlığa əsaslanan təbii, dostluq və konstruktiv yola qaytarmaqdır”.

Diplomat sonra qeyd edib: “İnanırıq ki, gördüyümüz diplomatik tədbirlər nəticəsində gərginliyin nəzarət altına alınması ilə bağlı müsbət nəticə əldə etmişik. Hazırda gərginlik mərhəkəsindən yeni mərhələyə keçmək üçün danışıqlar prosesindəyik”.

Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirləri arasında müxtəlif fasilələrlə dörd raund danışıqlar aparılıb və danışıqların son raundunda gərginliyi idarə etmək, anlaşılmazlıqları aradan qaldırmaq və iki ölkə arasında münasibətləri əvvəlki vəziyyətinə qaytarmaq üçün iki ölkə arasında bəzi texniki və ixtisaslaşmış nümayəndə heyətlərinin mübadiləsi də daxil olmaqla bəzi icraedici addımlar razılaşdırılıb.

Kənani əlavə edib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin rəsmi fəaliyyətini bərpa etmək üçün dialoqa ehtiyacımız var və bunun üçün fikir mübadiləsi aparılır.

O, həmçinin ümidvarlıq edib ki, Azərbaycan hökumətinin qarşılıqlı addımları ilə təmaslardan müsbət nəticələr əldə olunacaqdır.