XİN sözçüsü: “Regionda sərhədlərlə bağlı istənilən dəyişikliyə qarşıyıq”
https://parstoday.ir/azeri/news/iran-i4700-xİn_sözçüsü_regionda_sərhədlərlə_bağlı_istənilən_dəyişikliyə_qarşıyıq
İran İslam Respublikasının XİN rəsmisi yenidən dəhliz məsələsinə və regionda sərhədlərin dəyişdirilməsinə toxunub.
(last modified 2024-03-05T04:53:23+00:00 )
Mart 04, 2024 08:51 Asia/Baku
  • XİN sözçüsü: “Regionda sərhədlərlə bağlı istənilən dəyişikliyə qarşıyıq”

İran İslam Respublikasının XİN rəsmisi yenidən dəhliz məsələsinə və regionda sərhədlərin dəyişdirilməsinə toxunub.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu barədə Tehranda keçirdiyi brifinqdə deyib: “Biz regionda beynəlxalq sərhədləri dəyişdirəcək hər hansı geosiyasi dəyişikliyə qarşıyıq və bununla bağlı mövqeyimizi dəfələrlə bəyan etmişik. Bu məsələdə heç bir dəyişiklik olmayıb və olmayacaq”.

Onun sözlərinə görə, İran və Ermənistan arasında əlaqələr konstruktiv xarakter daşıyır və regional təhlükəsizliyin, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün ümumi maraqlara əsaslanır.