Çərşənbə axşamı Ramazan ayının ilk günü olacağı ehtimal edilir
https://parstoday.ir/azeri/news/iran-i4784-Çərşənbə_axşamı_ramazan_ayının_ilk_günü_olacağı_ehtimal_edilir
Ali Məqamlı Rəhbərin məlumat mərkəzinin yaydığı məlumata görə, mütəxəssislərin nəzərincə, Ramazan ayının ilk günü çərşənbə axşamına təsadüf edəcək.
(last modified 2024-03-11T04:41:08+00:00 )
Mart 10, 2024 15:16 Asia/Baku
  • Çərşənbə axşamı Ramazan ayının ilk günü olacağı ehtimal edilir

Ali Məqamlı Rəhbərin məlumat mərkəzinin yaydığı məlumata görə, mütəxəssislərin nəzərincə, Ramazan ayının ilk günü çərşənbə axşamına təsadüf edəcək.

 

Mərkəzin Ay təqviminin təyini qərargahının üzvü Höccətül-İslam Müvəhhid Nejad açıqlamasında qeyd edib ki, bazar günü, martın 10-da müqəddəs Ramazan ayının hilalını görmək mümkün olmayacaq. Bu səbəbdən Ramazan ayının hilalı 11 Mart Bazar ertəsi günü asanlıqla görmək mümkün olacaq və İranda mübarək ayın başlanğıcı çərşənbə axşamından hesab ediləcək.