İran öz müdafiə potensialını gücləndirir
https://parstoday.ir/azeri/news/iran-i4796-İran_öz_müdafiə_potensialını_gücləndirir
Yeni hava hücumundan müdafiə sistemi təqdim edilib
(last modified 2024-03-12T07:21:46+00:00 )
Mart 11, 2024 11:14 Asia/Baku
  • İran öz müdafiə potensialını gücləndirir

Yeni hava hücumundan müdafiə sistemi təqdim edilib

 

İran İslam Respublikasında yeni hava hücumundan müdafiə sistemi təqdim edilib.

Məlumatda deyilir ki, Arman hava hücumundan müdafiə sistemi aktiv fazalı sıra antena növü olan Nəcm-804 radarı ilə qısa mənzilli ballistik raketlərə və radar əleyhinə raketlərə qarşı durmaq üçün nəzərdə tutulmuş orta və yüksək hündürlükdə hava hücumundan müdafiə sistemidir.

Bu hava hücumundan müdafiə sistemi 200 km məsafəyə malikdir, 180 km məsafədə hədəfləri aşkar edir və 120 km məsafədə hədəfləri vurur.

Sistemin cavab müddəti 20 saniyədən azdır.