Suriyanın XİN rəhbəri Qərbin sanksiyalarının səbəbini açıqlayıb
https://parstoday.ir/azeri/news/iran-i4898-suriyanın_xİn_rəhbəri_qərbin_sanksiyalarının_səbəbini_açıqlayıb
Suriya hökuməti humanitar vəziyyətin yaxşılaşdırılması və müharibədən sonrakı bərpa prosesinin qurulması üçün səylər göstərir.
(last modified 2024-03-18T05:44:02+00:00 )
Mart 18, 2024 09:30 Asia/Baku
  • Suriyanın XİN rəhbəri Qərbin sanksiyalarının səbəbini açıqlayıb

Suriya hökuməti humanitar vəziyyətin yaxşılaşdırılması və müharibədən sonrakı bərpa prosesinin qurulması üçün səylər göstərir.

 

 

bunu Dəməşqdə BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen ilə danışıqlar aparan Ərəb Respublikasının xarici işlər naziri Feysəl Miqdad deyib.“Suriyalıların davam edən əzablarının səbəbi ABŞ və onun Qərb müttəfiqlərinin qeyri-insani sanksiyalarıdır”, - xarici işlər naziri deyib. “Bu məhdudiyyətlərin nəticələri fəlakətlidir”, - o vurğulayıb.Miqdad BMT Təhlükəsizlik Şurasını Qərbin Dəməşqə qarşı sanksiyalarını ləğv etməyə çağırıb.Pedersen öz növbəsində, “Suriyanın suverenliyinə və birliyinə hörmətin, eləcə də onun ərazisində təhlükəsizliyin və sabitliyin bərpasının vacibliyini” vurğulayıb. “Al Hadath” telekanalının məlumatına görə, emissar Miqdadla görüşdən sonra jurnalistlərə deyib ki, o, aprelin sonunda Cenevrədə keçirməyi planlaşdırdığı Suriya Konstitusiya Komitəsinin 9-cu raunduna hazırlıqları müzakirə edib.